"Elxan oğlundan sonra ayağa qalxa bilmədi. Hər gün qəbiristanlığa gedirdi. Yüksək səviyyədə əməliyyat olundu. Biz onun sağalacağına ümid edirdik. Amma o, elə oğlunun adını çəkib, "Samir", - deyirdi. Axırda getdi Samirin yanına..."
Bunu Xalq artisti Rasim Balayev deyib.
Aktyor bu gün həm də yaxın dostunu itirdiyini bildirib.
Rasim Balayev Elxan Qasımovun Azərbaycan incəsənəti və mədəniyyəti üçün önəmli fiqur olduğunu da vurğulayıb.