Bu xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır
19-11-2020, 23:05
253

Bu xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır

Dünya ölkələrində yeni növ koronavirusla (COVID-19) əlaqədar statistikaya nəzər salsaq, onun hər yerdə sürətlə yayıldığını görərik. Hər ötən gün virusa yoluxanların sayında artım baş verir. Onun artmasının əsas səbəbi isə mövsüm dəyişikliyidir.
Bu barədə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova məlumat verib. O deyib: “Payız-qış mövsümündə kəskin respirator xəstəliklərin yayılmasının artımı dövrü sayılır. COVID-19 da kəskin respirator virus olduğuna görə bu artım gözlənilən idi. Hazırda qrip əleyhinə peyvəndləmə aparılır. Onun koronavirusa heç bir təsiri olmasa da, eyni zamanda, xəstə həm qrip, həm də COVID-19-a yoluxarsa, peyvənd edilməsi xəstəliyin gedişatının yüngül keçməsinə səbəb ola bilər”.
Virusa yoluxanların artması ilə əlaqədar olaraq xəstəxanalarda çarpayı sayı məhdudlaşır. Ona görə kimlərin evdə müalicə olunması və hansı dərmanlar qəbul etməsi ilə əlaqədar işçi qrupun üzvü deyib: “Əsasən evdə müalicəyə yüngül simptomlu və simptomsuz xəstələr cəlb olunur və onlar Səhiyyə Nazirliyi tərəfindən bir paket dərmanlarla təmin edilirlər. Bura S, D vitaminləri, maqnezium, hərarəti aşağı salan “Parasetamol” və digər dərmanlar aiddir. Xəstədə hansı əlamət varsa, həkim tərəfindən nəzarət edilir, yəni müalicələr tam fərdi xarakter daşıyır. COVID-19-un geniş yayılmasına baxmayaraq, onun letallıq dərəcəsi aşağıdır. Yəni, yoluxanların əksəriyyəti onu yüngül formada keçirir. Ona görə də ev şəraitində nəzarət altında olanların əksəriyyəti sağalır”.
Bəzən evdə müalicə olan xəstələr həkim göstərişi olmadan antibiotiklərdən istifadə edirlər. “Virus infeksiyalarında, ümumiyyətlə antibiotikdən istifadə etməyin heç bir səmərəsi yoxdur. Antibiotiklərdən yalnız xəstəliyin ağır formalarında istifadə etmək olar. Əgər virusa, yəni sətəlcəm, otit və ya digər bakterial infeksiya qoşulursa, onda antibiotikdən istifadə etmək lazımdır. Yüngül və simptomsuz xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır”, - deyə işçi qrupun üzvü bildirib.
Ev şəraitində müalicə alan xəstələri ən çox maraqlandıran məsələ onun sağalma müddətidir. Əgər 14 gün ərzində heç bir ağırlaşma yoxdursa, deməli sağalma baş verib. Dərmanlar və vitaminli qidalarla yanaşı, sağalmanın ən səmərəli yollarından biri də düzgün qidalanma və psixoloji cəhətdən ruh yüksəkliyinin olmasıdır.

Oxşar xəbərlər

"Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb" - Həkim
Azərbaycana qrip əleyhinə vaksin gətirilir
Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub
Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır - 16 nəfər ölüb
Səhiyyə Nazirliyi vətəndaşlara müraciət etdi
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı
Peyvənd olunmaq istəyən şəxslərin NƏZƏRİNƏ
Koronavirus da erməniləri məhv edir: Düşmən başını itirib
DİQQƏT! Azərbaycanda virusla bağlı vəziyyət gərginləşir - VİDEO
İranda koronavirusa yoluxanların sayı 700 min nəfəri keçib
“COVİD-19 soyuq havada daha tez yayılır” – İkinci dalğanın “ayaq səsləri”
“Sosial məsuliyyətsizlik yoluxma sayını artırır“ - İnfeksionist
"Qrip mövsümünə hazır olun" - ÜST-dən xəbərdarlıq
Rusiyada koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI
İranda 365 nəfər COVID-19-dan öldü
İranda son sutkada 406 nəfər koronavirusdan ölüb
Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?
Baş infeksionistdən əhaliyə MÜRACİƏT
Virusa yoluxanların sayı niyə 1000-i keçdi? - TƏBİB rəmisindən AÇIQLAMA
Koronaviris əleyhinə ilk peyvənd -“Sputnik V”nin Moskva sakinlərinə vurulmasına başlanılıb
Pandemiya bəlası nə zaman səngiyəcək? - GƏLİŞMƏ
İranda ötən sutka 10463 nəfər koronavirusa yoluxub
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Virusa yoluxanların sayı 2500-ü ötdü - GÜNÜN STATİSTİKASI
Koronavirusa yoluxma sayında rekord artım - GÜNÜN STATİSTİKASI
İranda son sutka ərzində koronavirusdan 176 nəfər ölüb
Azərbaycanda koronavirusun ikinci dalğası olmaya bilər
“Azərbaycanda koronavirusa görə itkilərin sayı çox-çox az olub” - TƏBİB
Dünyada koronavirusdan ölənlərin sayı 1 milyona çatır
"Seroloji test üçün, hələ ki, könüllü müraciətləri qəbul etmirik" - TƏBİB