Məcburi köçkünlərlə bağlı 55 milyonluq TENDER
20-11-2020, 09:34
176

Məcburi köçkünlərlə bağlı 55 milyonluq TENDER

Mərcburi Köçkünlərin Sosial İnkişaf Fondu ümumi dəyəri 55 milyon 431 min 379 manat həcmində müəyyənləşən 18 açıq tenderinə yekun vurub.

Oxu.az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində binaların tikintisi və müvafiq infrastrukturun təmin edilməsi üzrə 11 şirkətlə əməkdaşlıq ediləcək.

Tenderlər üzrə yaşayış məhəlləsində 15 binanın tikintisi aparılacaq. Ümumi tikinti işlərinə 48 milyon 990,6 min manat sərf olunacaq.

Yaşayış məhəlləsində məktəb, uşaq bağçası və müvafiq infrastrukturun təmin olunmasına isə 6 milyon 440,7 min manat vəsait ayrılacaq.

Belə ki, yeni yaşayış məhəlləsində doqquz mərtəbəli 54 mənzilli 1 nömrəli yaşayış binasının tikintisi "Müasir Tikintilər" MMC-yə həvalə olunacaq və tikintiyə 3 milyon 245,4 manat ayrılacaq.

"Rabitə İnşaat" ASC isə 2 və 3 nömrəli yaşayış binalarının tikintisini həyata keçirəcək. Müvafiq olaraq iki binaya 6 milyon 552,4 min manat xərclənəcək.

4 nömrəli yaşayış binasının tikintisi "Konsept Holding" MMC tərəfindən 3 milyon 277,7 min manata, 5 nömrəli binanın tikintisi "Tunel-Metro İnşaat" MMC tərəfindən 3 milyon 278,6 min manata həyata keçiriləcək.

Eləcə də, 6 və 7 nömrəli binalar "GM Construction" MMC tərəfindən inşa ediləcək və ayrı-ayrılıqda 3 milyon 270,2 min manat olmaqla, ümumilikdə, iki binanın tikintisi 6 milyon 540,4 min manata başa gələcək.

8 nömrəli yaşayış binasının tikintisi "Progress" Sənaye-İstehsalat şirkətinə həvalə olunub. Bu binanın tikintisinə 3 milyon 277,6 min manat ayrılacaq.

Eləcə də, 9 və 10 nömrəli binaların tikintisi "Alıbəyli Şirkəti" MMC-yə həvalə olunacaq və tikinti üçün şirkətə ayrı-ayrılıqda 3 milyon 273,4 min manat olmaqla, ümumi, 6 milyon 546,8 min manat ödəniş ediləcək.

"Azman Holding" MMC şirkəti 11 nömrəli binasının tikintisini 3 milyon 259,5 min manata icra edəcək.

"Akkord General Construction" MMC yeni yaşayış məhəlləsində 12 və 13 nömrəli yaşayış binasının tikintisini həyata keçirəcək. Müvafiq olaraq iki binaya görə ümumi 6 milyon 457,7 min manat vəsait tələb olunacaq.

3 milyon 278,9 başa gələcək 14 nömrəli yaşayış binasının tikintisi Kür-Araz Şirkətinə, 3 milyon 275,4 min manata başa gələcək 15 nömrəli yaşayış binasının tikintisi isə "M.Nazimoğlu" MMC-yə həvalə olunub.

Həmin yaşayış məhəlləsində 624 şagird-yerlik məktəbin istilik məntəqəsi tikintisi "Minera" MMC tərəfindən inşa ediləcək və bunun üçün 3 milyon 900,1 manat sərf olunacaq.

Məhəllədə 140 yerlik uşaq bağçasının istilik məntəqəsi ilə tikintisinə 1 milyon 925,9 manat sərf olunacaq. Tikinti "Turan.İ.O" MMC-yə həvalə olunub.

Yeni yaşayış məhəlləsində inzibati binanın istilik məntəqəsilə tikintisini "Azertikinti-M" MMC təmin edəcək və bu, 614,7 min manata başa gələcək.

Oxşar xəbərlər

“Kür-Araz Şirkəti” MMC son bir ildə Fonddan 18 milyonluq tender udub
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
Mirzəcan Xəlilovun şirkətinə 7 milyon manatlıq tender verildi
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
Prezident Dövlət Komitəsinə 42,5 milyon manat vəsait ayırdı - SƏRƏNCAM
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
Büdcədən “Jurnalist binaları”nın tikintisinə nə qədər vəsait ayrılmışdı... - RƏQƏMLƏR
“Qaçqınkom” fərdi yaşayış evlərinin təmirinə orta hesabla nə qədər vəsait ayırır,nə qədər silir?
İlham ƏIiyevdən 13,4 milyonluq SƏRƏNCAM
Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
Rövşən Rzayevin “qayğıları”: “Kebabzade” şəhid evinə getməyi “Qaçqınkom” sədrinə unutdurdu...
İlham Əliyev Qubada yol tikintisinə pul ayırdı
Prezidentdən 6 min nəfəri sevindirəcək SƏRƏNCAM
Bakı İcra Hakmiyyətində şübhəli tender: vergi borcu olan 4 şirkət qalib elan olunub - Detallar
Dövlət Komitəsi müəmmalı tenderlərə niyə aydınlıq gətirmir?
"Qaçqınkom" şefinin müəmmalı tenderləri - İTTİHAM
Pirallahıda yolların yenidən qurulması üçün 1.4 milyon manat ayrılıb
Gələn il büdcədən elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq
Bakıda yol çəkilməsinə 1,9 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident Şəkidə yol tikintisinə 12 milyon manat ayırdı
Prezidentdən 12,5 milyonluq sərəncam
"Proqnozdan 200 milyon manat çox vergi toplanılıb" - Mikayıl Cabbarov
"Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək
Dövlət Məşğulluq Xidməti 39 milyon manatlıq tenderə yekun vurub
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Penisyalar artırılacaq, 11 min vətəndaş işlə təmin olunacaq - Nazir