Prezident Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollardan DANIŞDI
20-11-2020, 12:23
165

Prezident Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollardan DANIŞDI

"Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur".

Bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib: "Əslində, bizim bərpa işlərimiz artıq başlanıb. Füzulidə olarkən Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, ilkin olaraq 50 milyon manat. Ancaq bu vəsait kifayət etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq. Mənim göstərişimlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölünüb. Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək. Çünki Azərbaycan vətəndaşları bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır. Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir.

Bu işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır.

Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi".

Oxşar xəbərlər

“Vətəndaşların Ağdama qayıtmağına köməklik göstəriləcək”
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib
“Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu” - Ali Baş Komandan
“Hər şey plan üzrə gedir” - İlham Əliyev
Prezident göstəriş verdi: Füzulidən Şuşaya yol çəkilir
“Biz Şuşanı döyüş meydanında qazandıq” - Ali Baş Komandan
“Şuşanın rəsmi xəbərini mənə ilk çatdıran şəxsə muştuluq verəcəm”
Şuşaya çəkiləcək yeni yol bu ərazilərdən keçəcək
Təhsil nazirindən məktəblərin bərpası ilə bağlı AÇIQLAMA
"Artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir” - Dövlət başçısı
Ağdamın azad edilməsi Türkiyədə də alqışlanır
Prezident: "200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir"
"Digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik" - Prezident
“Azərbaycan 30 il işğalda olan ərazisinin böyük hissəsini azad edib”
İlham Əliyev: O deməlidir ki, Ağdam, Kəlbəcər və Laçından geri çəkilir
Prezident İlham Əliyev: "Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməz ruhunun təcəssümüdür"
"Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar" - İlham Əliyev
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
Ərazilərimiz minalardan nə vaxt təmizlənəcək?
Prezident qaçqın və məcburi köçkünlərin Qarabağa nə zaman və necə köçürüləcəyini AÇIQLADI
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
İşğaldan azad edilmiş ərazilərdə bu müəssisələr də yaradılacaq - Nazirlik
İlham Əliyev ölkə iqtisadiyyatının vəziyyətindən DANIŞDI
Prezident: “İşğaldan azad edilən bütün bölgələrdə təftiş aparılacaq”
Şuşa işğaldan azad edildi – Prezidentdən şad xəbər
“Biz regional gücün Azərbaycana aid olmasını sübut etdik” - Prezidentin köməkçisi
Ermənilər atəşkəs rejimini sutka ərzində 30 dəfə pozdu
Ağdamda komendant saatı tətbiq olunacaq
İlham Əliyev və Birinci vitse-prezident Balaxanını gəzdi - VİDEO (Yenilənib)
İlham Əliyev: "Daha 8 kənd işğaldan azad edildi"