Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanova iyunun 5-də hökm oxunacaq. Bunu Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə prosesinə sədrlik edən hakim Dadaş İmanov elan edib.
İyunun 2-də məhkəmədə İlkin Süleymanov son sözünü deyib, ardınca hakimlər hökm üçün müşavirəyə yollanıb.
“Azadlıq radiosu” xəbər verir ki, 50-yaşlı Süleymanov bu cinayətin onun üzərində qala biləcəyini heç vaxt ağlına gətirmədiyini deyir. Onun sözlərinə görə, hadisədən sonra Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli şəxslərinin müdaxiləsi və ardınca dözülməz işgəncələr nəticəsində bu cinayət onun boynuna qoyulub. O, Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcovun, DİN-in idarə rəisi Arzu Daşdəmirovun və digərlərinin adlarını çəkib.
“Mən o uşağı niyə oğurlamalıydım?”
Təqsirləndirilən şəxs vurğulayıb ki, cinayət işində bir tərəfdən Nərmini övladlığa götürmək məqsədilə oğurladığı iddia olunur, digər tərəfdən onun uşağı soyuq otaqda, əl-qolu bağlı vəziyyətdə saxladığı göstərilir:
"Bunu eləmək üçün ya anlaqsız olmalısan, ya da psixi baxımdan problemli. Ekspertiza isə mənim psixi baxımdan sağlam olmağım haqda rəy verib. Mən o uşağı niyə oğurlamalıydım?"
O, yanmış meyitin Nərmin Quliyevaya aid olması haqda şübhələrini də dilə gətirib. Süleymanov hesab edir ki, azyaşlının ailəsi də onun başına gələnlərin obyektiv araşdırılmasında maraqlı deyil.
"Ailə eksqumasiyaya (meyitin qəbirdən çıxarılıb ekspertizadan keçirilməsi) qəti şəkildə etiraz etdi. Təəssüf edirəm ki, yaxınları Nərminin başına gələnlərin obyektiv araşdırılmasında maraqlı deyillər. Əksinə, onların bir mövqeyi var – İlkin tutulub, cəza alsın. Halbuki, üzə çıxartdığımız saxtakarlıqlar ilk növbədə onları maraqlandırmalıdır", – Süleymanov son sözündə belə deyib.
Hakimin müdaxiləsi
Amma hakim Dadaş İmanov ona bu istiqamətdə danışmağa imkan verməyib. Ümumiyyətlə, İmanov bir neçə dəfə son sözə müdaxilə edərək, Süleymanovun çıxışını kəsib. Tələb edib ki, konkret şəkildə məhkəmədən xahişini desin.
"Mənim cinayətə aidiyyətim yoxdur. Şərlənərək, heç bir günahım olmadan 3 il yarımdır ki, həbsdə saxlanılıram. Məhkəmədən də xahişim budur ki, bu ədalətsizliyə son qoyulsun. Ədalətsizliyə son qoyulması isə bəraət hökmü çıxarılması olar..." – Süleymanov son sözünü bitirib.
Məhkəmə iclasından sonra Nərmin Quliyevanın anası Aynurə İsmayılova məhkəmə binasının qarşısında qışqıraraq, Süleymanova ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsini tələb edib.
Xatırlatma
2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb.
47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.
Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.
Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Prokuror mayın 3-də çıxışında Süleymanova qarşı ittihamın sübuta yetirildiyini bildirib və onun 20 il azadlıqdan məhrum edilməsini təklif edib.
Ardınca Süleymanovun vəkilləri isə çıxışlarında ittihamın qanunsuz və əsassız olduğunu bildiriblər, onun haqqında bəraət hökmü çıxarılmasını istəyiblər.
İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
03
iyun
21:54

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İlkin Süleymanov məhkəmədən bəraət istədi
İlkin Süleymanova son söz üçün 8 gün vaxt verildi
Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun ibtidai istintaqı başa çatdı
Kamera yoldaşları İlkin Süleymanovun günahsız olduğunu iddia edirlər
İlkin Süleymanov: "Məni atamla təhdid edirdilər"
“Nərmin işi” ilə bağlı rəy vermiş ekspertlər dindiriləcək
“Nərmin işi“: İlkinin kamera yoldaşları danışdı
İlkin Süleymanovun növbəti məhkəmə iclası keçirilir
İlkin Süleymanov "Bir dəfə istintaqın baş müstəntiqindən xahiş etdim ki..."
10 yaşlı Nərminin qətli ilə bağlı məhkəmə başlayır
“Nərmin işi”ndə təqsirləndirilən İlkin Süleymanova 20 il cəza istənildi
Nərmini öldürməkdə təqsirləndirilən İlkin Süleymanovdan XƏBƏR VAR
Nərminin nənəsi İlkin Süleymanovun məhkəməsində dindiriləcək
“Nərmin işi“ni araşdıran hakimin səhhətində problem yarandı
İlkin Süleymanovun məhkəməsi keçirilir, vəkillər çıxışı edirlər
"İlkin azadlığa çıxacaq, ayın 24-də..."
“Nərmin cinayəti” ilə bağlı məhkəmə yenidən təxirə salındı
Hakim: “İlkin sənin barəndə ən obyektiv qərarı verəcəm” - “Nərmin işi”
Kəndliləri İlkin Süleymanovun işi ilə bağlı Məhkəmə Hüquq-Şurasına müraciət etdilər
İlkin Süleymanovun məhkəməsi təxirə salındı
İlkin Süleymanovun məhkəməsində NƏLƏR BAŞ VERDİ?
10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun növbəti məhkəmə prosessi keçirilir
Məhkəmədə Nərmin Quliyevanın bacısı dindirildi
Nərminlə bağlı rəy verən ekspert məhkəməyə çağırıldı
İlkin Süleymanovun məhkəməsində növbəti şahidlər ifadə verdi
Nərmin Quliyevanın nənəsi və əmisi dindirildi
Qətlə yetirilən 10 yaşlı Nərminin anasının ziddiyyətli İFADƏLƏRİ
Ekspert: İlkin Süleymanov tutulandan sonra telefonuna müdaxilə olub - MƏHKƏMƏ
Tovuzda 10 yaşlı qızın qətli ilə bağlı daha bir cinayət işi ayrıca icraata verildi
10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən şəxsdən XƏBƏR VAR
- Səhər ortaya çıxan iki xərçəng ƏLAMƏTİ
- Sabahın hava proqnozu AÇIQLANDI
- Hamiləlikdə qəhvə və siqaretin təsiri
- Tez-tez suşi yeməyin təhlükələri
- İt istedad nümayişi zamanı sahibi ilə "DANIŞDI" - VİDEO
- Futbolçunun məşuqəsi ərinin arvadına xəyanətini AÇIQLADI
- Pişik gürcü mahnısı oxuyub ulduza çevrildi - VİDEO
- Bibər yemək REKORDÇUSU oldu: Hisslərindən DANIŞDI
- Yeni COVID-in əsas xüsusiyyəti: Özünüzü virusdan necə qoruya bilərsiniz?
- Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi
- Rusiyalı aktyor vəfat etdi
- Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilir
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”