Xankəndində qurumlararası humanitar mərkəz fəaliyyətə başladı
20-11-2020, 15:38
252

Xankəndində qurumlararası humanitar mərkəz fəaliyyətə başladı

Xankəndindəki Qurumlararası Humanitar Yardım Mərkəzi tam şəkildə fəaliyyətə başlayıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin rəhbəri general-polkovnik Mixail Mizintsev bildirib.
Mərkəzin əsas vəzifələri daimi yaşayış yerlərini tərk etmiş vətəndaşların geri qaytarılması, mülki infrastrukturun bərpasına kömək və əhalinin normal həyatı üçün şəraitin yaradılması, Rusiya dövlət orqanlarının və təşkilatlarının hərbi əməliyyatların aparıldığı ərazilərin sakinlərinə humanitar yardım göstərilməsi üçün fəaliyyətlərinin koordinasiyasıdır.
Mərkəz həmçinin Azərbaycan və Ermənistanın dövlət qurumlarına beynəlxalq humanitar təşkilatlarla qarşılıqlı əlaqələrin təşkilində yardım edəcək.
“Mərkəzin əsası digər federal icra orqanlarının cəlb edilməsi ilə Müdafiə Nazirliyinin bölmələrindən ibarətdir”, - Mizintsev deyib.
Noyabrın 19-da Qarabağda humanitar məsələlərin həlli üçün daha 5 mərkəz yaradıldığı elan edilib.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağda tam atəşkəs qüvvəyə minib.
Atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Dağlıq Qarabağ münaqişəsi zonasında 1 960 hərbçi, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika miqdarında Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir.

Oxşar xəbərlər

Prezidentlər Qarabağı müzakirə ediblər
Rusiya Qarabağa 22 təyyarə göndərir
Ermənilər təcili yardım maşınları ilə silah daşımaq istədi – Gürcüstandan qadağa
Ermənilərin meyitləri təhvil verildi
 Köçəryan külli miqdarda silah gətizdirdi – Erməni mediası
Şuşa uğrunda döyüşlərdə şəhid olan 6 hərbçimizin cəsədi təhvil alındı
Türk əsgəri Azərbaycanda nə qədər qalacaq? - Sənədin tam mətni
Qarabağda vəziyyətə nəzarət: Türk-rus Mərkəzi hansı işə baxacaq?
Üş atəşkəs, üç terror...
Ölülərinə belə yiyə çıxmırlar: “Ermənistanla danışıq aparılır ki, heç olmasa, öz cəsədlərini qaytara bilək”
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
Liseylərə elektron qeydiyyat başa çatıb
Türk qorxusu İrəvanı da dilə gətirdi: Nikol toplantı keçirir
Əli Həsənov bu vəzifələri icra edəcək
“Buna imkan verməyəcəyik” - Türkiyədən ruslara Qarabağla bağlı XƏBƏRDARLIQ
Şuşada Azərbaycan və Rusiya rəsmisi arasında görüş keçirildi
Yəhudi politoloqdan Paşinyana SƏRT CAVAB
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - RƏSMİ
Liseylərə qəbulla bağlı nəticələr açıqlandı
BMT xəbərdarlıq edib: Liviya humanitar fəlakət astanasındadır
Rusiyanın son model raketləri bütün dünyanı lərzəyə gətirdi
RF Müdafiə Nazirliyi: Qarabağda təmas xətti boyunca atəşkəs müşahidə olunur
Müdafiə Nazirliyi: Çanaqçı kəndinin atəşə tutulması yalandır
BMT: Bəşəriyyəti “İncil miqyaslı” qıtlıq gözləyir
Türkiyə və Rusiyanın Qarabağa dair danışıqları başa çatdı
“Türkiyə hərbi bazası Şuşada yerləşdirilməlidir” - ADR sədri
“Bakcell” Bərdə sakinlərinə dəstək göstərdi
Qırmızı Xaç Komitəsindən Qarabağda cəsədlərin mübadiləsiylə bağlı AÇIQLAMA
Paşinyanın məsuliyyətə cəlb edilməsi üçün faktlar toplanır - Rəsmi
Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub