Yaşadığı ünvanı tərk edən koronavirus xəstələri saxlanılıb
20-11-2020, 19:06
293

Yaşadığı ünvanı tərk edən koronavirus xəstələri saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirusa yoluxmuş şəxslərin yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş şəhər sakinləri F.Ağayev və onun arvadı T.Ağayeva özlərinə məxsus “Hyundai” markalı avtomobillə Gəncə şəhərinə getmək istəyərkən saxlanılıblar. Müəyyən edilib ki, koronavirus testlərinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub, qaydalara riayət etmələri tapşırılıb. Lakin onlar qaydaları pozaraq yaşadıqları evi tərk ediblər.
Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqları ünvana geri qaytarılıblar.
F.Ağayev və T.Ağayeva barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Oxşar xəbərlər

Balakəndə yaşayış yerini tərk edən COVİD-19 xəstələri saxlanılıb
Polis evi tərk edən koronavirus xəstəsini saxladı
Qubada yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi saxlanılıb
Evdən qaçan koronavirus xəstəsi saxlanıldı
Qubada COVID-19-a yoluxan 5 nəfər karantin postunda saxlanılıb
Qusarda COVID-19-a yoluxan şəxs saxlanıldı
Qubada iki koronavirus xəstəsinə cinayət işi açıldı
Mingəçevirdə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı
Evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb
Evdən çıxan daha bir koronavirus xəstəsi saxlanıldı
Astarada yaşayış yerini tərk edərək mağazaya gedən koronavirus daşıyıcısı saxlanılıb
Mingəçevirdə yol polisi ictimai nəqliyyatda reyd keçirib
Gizli restoran işlədən şəxs 3 100 manat cərimələndi
Qubada koronavirus xəstəsi qaydalara tabe olmadı
Qəbələyə istirahətə gələnlər cərimələndi
Qubada Covid-19 xəstəsi küçədə rahat gəzirmiş...
Qaydaları pozan COVID-19 daşıyıcısına xəbərdarlıq edilib
Bakını tərk etmək istəyən koronavirus xəstəsi postda saxlanıldı
Siyəzəndə karantin rejimini pozanlar cərimələnib
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu - FOTO
Ağsuda silsilə oğurluqlar edən şəxslər saxlanılıb
Su ötürücü barmaqlıq oğurlayan dəstə üzvləri saxlanılıb - Fotolar
Mingəçevirdə mağazadan oğurluq edən şəxs saxlanılıb
Mingəçevirdə qaydaları pozan velosipedçilərə qarşı reyd keçirilib
Televizor oğruları tutuldu - FOTO
Qaxda 2 ton narkotik vasitə məhv edilib
Azərbaycanda koronavirusa yoluxan qadının əri həkimlərə hücum etdi — YABA İLƏ
Şəkidə narkotik satan dörd nəfər saxlanıldı
Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO