Mərhum Xalq artisti Teymur Mustafayevin nəvəsi, ictimai fəal gənc Teymur Mustafayev OLAY-a müraciət edib.
O, 2022-ci ilin martında ağır avtoyol qəzası keçirib və indiyə qədər bir çox yerlərdə müalicə alıb. Lakin uzunmüddətli reabilitasiyanın davamı üçün maddi dəstəyə ehtiyac var:
“Hazırda imkanım yoxdur, evdə müalicə alıram. Sonuncu dəfə Buzovnada xəstəxanada olmuşam, müalicəni davam etdirməyə imkan olmayıb deyə, evə gəlmişəm. 6-7 aydır ki, evdəyəm. Müalicəm üçün 100-150 min manat lazımdır. Ağır onurğa-beyin travması, əl və ayaqların iflic olması diaqnozu qoyulub. 
Ən azından cüzi məbləğ yığılsa da olar. Hansısa xəstəxanada, xəstəxanada olmasa belə evdə müalicəm davam etsin. Qohumlar, tanışlar yardım edirlər. Anamla birgə yaşayıram”.
Qeyd edək ki, T.Mustafayevin yenidən sağlamlığa qovuşması üçün onu bir neçə əməliyyat və reabilitasiya prosesi gözləyir.
Yardım üçün aşağıdakı kart rekvizitlərindən istifadə edə bilərsiniz:
Kapital Bank - 4169 7388 1655 6546
ATB (Azər Türk Bank) - 4613 8602  0404 2194