Bakı şəhər sakini İradə Əliyeva 80 yaşlı anasını ona məxsus mənzili ələ keçirməkdə ittiham edib.
Teleqraf.com-un xəbərinə görə, İradə Əliyeva "Baku Times"ə bildirib ki, bu ilin martında yaşadığı mənzilə baxan mənzil tikinti kooperativindən (MTK) ona zəng edilib və MTK-nın ofisinə çağırılıb: “Biz həmin ofisə getdik. Oğlumun adına maliyyə arayışı ilə olan mənzilin qarşı tərəfin adına keçirildiyi məlum oldu. Qarşı tərəf də 80 yaşlı anamdır. Məsələ burasındadır ki, bizim ölkədə olmamağımızdan istifadə edilib və bu işlər görülüb”.
İradə Əliyeva qeyd edib ki, bundan sonra məhkəməyə müraciət etmək üçün Vəkillər Kollegiyasının üzvü Şəfiqə Nağıyevaya üz tutub. Şəfiqə Nağıyeva ilə görüşmək üçün 50 manat ödəniş ediblər: “Şəfiqə xanımla söhbət etdik. Məsələ ilə tanış olanda bildirdi ki, qarşı tərəf, yəni ananız bura gəlmişdi. Ona dedim ki, anamın işini götürübsə, başqa bir vəkil tutum. Bildirdi ki, qarşı tərəfin işini götürmədim. Sual verdim ki, niyə götürmədiz. Cavabı o oldu ki, mən uduzacağım işi götürmürəm, onun işini götürsəydim, o zaman uduzacaqdım. Amma sizin işiniz yüzəyüz alınacaq, bu iş udulacaq.
Bildirdim ki, bizim işimizi götürə bilərsiz? Dedi ki, filan notariusda 2500 manat ödəniş edin, sonra yanıma gələrsiz. Bununla bağlı səsyazısı da var. O zaman oğlu da yanımızda idi. Oğlu “makler” kimi söhbətdə iştirak edirdi.
Biz əvvəlcə pulu hissə-hissə ödəməyi, işi udandan sonra tam ödəməyi təklif etdik. Buna "yox" cavabı verdi. Bildirdi ki, sizə tər-təmiz iş görəcəm. Biz həmin pulu 12 günə düzəltdik və gətirdik. Pulu gətirəndən sonra müqavilə bağladıq. Sonra dedi ki, gedin, sizinlə əlaqə saxlayacağıq.
Bundan sonra biz bir ay gözlədik, Şəfiqədən səs gəlmədi. Özümüz ona zəng edirdik. Hər dəfə deyirdi ki, narahat olmayın, nəticə barədə sizə xəbər edəcəyik. Bir aydan sonra bizə xəbər gəldi ki, məhkəməni uduzmuşuq. İlk sualım bu oldu ki, Şəfiqə xanım, məhkəmə nə vaxt oldu? Bildirdi ki, indi yeni qanun çıxıb, Ali Məhkəmədə heç bir tərəf iştirak etməyə, qarşı tərəfin də, bizim də vəkilimiz prosesdə olmaya bilər. İşə materiallar əsasında baxılır.
Sual verdim ki, belə olan halda mən sizi nə edirdim? Şəfiqə xanım da bildirdi ki, Ali Məhkəməyə məktub göndərmişəm. Ona dedim ki, mən sizinlə belə danışmamışdım, mənə bunu niyə indi deyirsiz? Belə vəziyyəti mənə qabaqcadan deyərdiz, siz məhkəmədə olmayacaqdız, mən niyə pul tapıb gətirirdim? Bildirdi ki, mən məktub göndərmişəm, indi Ali Məhkəmə məktub əsasında materiala baxır”.
İradə Əliyeva qeyd edib ki, işi alınmadığı üçün Şəfiqə Nağıyevadan pulunu geri tələb edib: “Bu zaman bildirdi ki, mən qanunsuz heç bir iş görməmişəm, işi qanunla aparmışam”.
Şikayətçi deyib ki, Şəfiqə Nağıyevanın əməllərindən Vəkillər Kollegiyasına şikayət edib: “Kollegiyanın sədri Anar Bağırovun köməkçisinin yanında Şəfiqə Nağıyeva ilə görüşdük. Anar müəllimin köməkçisi qışqırdı onun üstünə ki, sən camaatın pulunu almısan, ümid vermisən, indi uduzubsan, pulunu qaytar. Bildirdi ki, oğlu gəlsin. İndi oğlumla getmişik, qapını açmır. Deyir ki, gedin, polislə gəlin, qapını açacam, polisin iştirakı ilə pulu verəcəm.
Mən də 19-cu polis bölməsinə getdim, xahiş etdim ki, Şəfiqə Nağıyeva pulumu vermək istəyir, sizdən bir nümayəndə iştirak etsin. Dedilər ki, ora polis maşını göndərmişik. Dedim, məni orada gözləsinlər. Bu zaman polis maşını geri qayıdırdı və bizə dedilər ki, ayıb deyil, oranı sındırmısız-dağıtmısız? Dedim ki, haranı dağıtmışıq? Şoka düşdüm”.
Şikayətçi əlavə edib ki, Şəfiqə Nağıyevadan pulunu geri tələb edib. Hazırda onu yaşadığı faktiki evdən çıxarırlar: “Şəfiqə Nağıyeva məni aldadıb. Evimi də, pulumu da uduzmuşam. Artıq iki dəfə kollegiyaya şikayət etmişəm. Kollegiyadan bildiriblər ki, bilimirsiz o artistdir, pulu niyə verirdiz? Deyirəm, onu niyə Vəkillər Kollegiyasında saxlayırsız, bizi kimiləri də aldadır?.. Bu haqda prokurorluğa da məlumat vermişəm”.
Məsələ ilə bağlı Teleqraf.com Şəfiqə Nağıyevanın oğlu Samir Nağıyevdən açıqlama alıb:
“Bu haqda şərh verə bilmərəm, mən Şəfiqə xanımla işləmirəm. İkincisi, Şəfiqə Nağıyevanın İradə Əliyeva ilə heç bir əlaqəsi yoxdur, onun oğlu ilə əlaqə saxlanılıb. Əlaqəsi olmayan bir qadın danışırsa, məhkəməyə verilib cəzalandırılacaq. Həmin xanım vəkilə 2500 manat verdiyini qeyd edir, məhkəməyə qədər 3000-5000 və 1000 manat xidmət haqqı ödənilə bilər. Bu zaman ikitərəfli razılaşma əsasında müqavilə bağlanır. Vəkil işin nəticəsinə cavabdeh deyil. Onda hakim, prokuror nəyə lazımdır?
Şüurlu adam başa düşür ki, vəkil vətəndaşın hüquqlarını müdafiə edir, bu zaman müqavilə bağlanır, vergi ödənilir və sonra müdafiə prosesi başlanır.
Şikayətçi Şəfiqə xanımla Anar Bağırovun köməkçisinin qəbulunda olmayıb. Bu yalandır, cəfəngiyatdır. O qadın ofisə hücum çəkib və polis bölməsi tərəfindən cərimələnib. Deyəsən, inzibati iş də kəsiblər.
Ümumiyyətlə, İradə Əliyevanın bizə aidiyyəti oxdur. Yenə deyirəm, müqaviləni bağlayan xanım özü yox, oğludur. Xidmət qarşılığında 2500 deyil, 3000-10000-15000 manat da ödənilə bilər. Bir milyonluq əmlakdırsa, ola bilər, orada xidmət haqqı 5000-10000 manat olsun. Bu. ikitərəfli müqavilə əsasında müəyyənləşir.
Xanım kassasiya şikayətinə məktub deyir. Kassasiya şikayəti tərtib olunur, sənədlər hazırlanır və Ali Məhkəməyə şikayət göndərilir. Bu nə vaxtdan məktub olur? Xanım çox şey deyə bilər. Hamısı boş şeylərdir”.
İradə Əliyevanın Vəkillər Kollegiyası ilə bağlı səsləndirdiyi iddiaya sözügedən qurum münasibət bildirib.
Kollegiyadan Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, İradə Əliyeva Vəkillər Kollegiyasına müraciət edib. Məsələ Vəkillər Kollegiyasının Rəyasət Heyətində araşdırılıb və xanıma müvafiq qaydada rəsmi cavab verilib.
“Şəfiqə Nağıyeva 2500 manat alıb, qaytarmır” ittihamına oğlundan CAVAB
08
iyun
11:33

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qalmaqallı vəkil Şəfiqə Nağıyeva bu telekanala keçdi
Vəkil Şəfiqə Nağıyeva yenə TV-də dava saldı - Video
Şəfiqə Nağıyevanın üstünə su bu görüntülərin efirə getməsindən sonra atılıb - VİDEO
Canlı efirdə atasından danışan Şəfiqə Nağıyeva kövrəldi - VİDEO
Anar Vəziroğlu dava saldığı verilişə qayıtdı - Video
Şəfiqə Nağıyeva efirdə niyə ağlayıb? - Elgiz danışdı
Aktrisa efirdə Şəfiqə Nağıyeva ilə dalaşdı - VİDEO
Şəfiqə Nağıyeva Elgizin verilişindən ayrıldı? - VİDEO
Azərbaycanlı tibb aliminin 100 yaşı tamam oldu
"Həyat yoldaşım mənə cəhənnəm əzabı verirdi" - Şəfiqə Nağıyeva + VİDEO
“Şəfiqə Nağıyevanı heç vaxt mənim efirimdə görməyəcəksiniz” - Elgiz hiddətləndi
Gəncədə ana xəstə övladı üçün yığdığı 10 min manatı qumar oyunlarında uduzdu - Video
"Elgizlə izlə" verilişində dava - VİDEO
“Nə istəyirsiniz məndən?” - Şəfiqə Məmmədova
Şəfiqə Nağıyevanın sözləri efirdə dava saldı - VİDEO
Ərini içirdib,qadını zorladılar - Azərbaycanda ŞOK HADİSƏ
Dava etdiyi Şəfiqəni efirinə çağırdı
"Nişanlı olsam da, Fuad Poladovu sevirdim" - Əməkdar artist
“Təhqir etmək sanki, bu qadının danışıq normasıdır” - Kriminalist
Dava etdiyi Şəfiqəni efirinə çağırdı - VİDEO
Şəfiqə Məmmədova yenidən Kinematoqrafçılar İttifaqının sədri seçildi
Şəfiqə Nağıyevanı avtomobil vurdu - Video
Elgizlə vəkil arasında mübahisə düşdü - VİDEO
Vəkillə müğənni arasında DAVA DÜŞDÜ: "Kimdənsə uşaq doğur alır qucağına"
Direktor müəllimədən 700 manat rüşvət tələb edib-ŞƏMKİRDƏ
Baba Vəziroğlu efirdə dava salan qardaşından danışdı: “Onun yerində olsaydım...”
Təhsil nazirliyi bu faktı nəzərə almalıdır - İTTİHAM
Avtomobillə vurulan Şəfiqə Nağıyevanın son vəziyyəti açıqlandı
“AKKORD” şirkəti baş redaktora qarşı fırıldaqçılıq edib - 71 kv.m-lik mənzili 82 kv.m adı ilə satıb
Əməkdar artist: “Şəfiqə Nağıyevanın olduğu verilişə getmirəm”
- Sabah qar yağacaq, duman olacaq
- Ağdərə boşaldılır - VİDEO
- "Google Play" və "App Store"a daxil olma problemləri aradan qaldırıldı
- Atatürk Zəngəzur dəhlizini öncədən planlaşdırırmış
- Qənirə Paşayeva dərmandan komaya düşdü
- Tərksilah olan ermənilərin Azərbaycan ərazilərindən çıxışı təmin olunacaq
- Yevlaxda zəncirvari qəza oldu
- Qarabağda qalan erməni sakinlərin sayı açıqlandı
- Ərdoğan sabah Naxçıvana səfər edəcək
- Bakıda iki "Hyundai" toqquşdu
- Mehriban Əliyeva Qənirə Paşayeva ilə bağlı tapşırıq verdi
- Ermənilərin ilk qrupu Qarabağı tərk etdi
- Timsah qadını tutub suya apardı - VİDEO
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- Prezidentdən Tahir Süleymanovla bağlı SƏRƏNCAM
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib