Dünyanın ən böyük spirtli içki istehsalçısı olan Britaniya şirkəti "Diageo" qlobal iqlim dəyişikliyi problemi ilə üzləşib. Bu,şirkətin bir sıra yerli müəssisələrinin iflasına gətirib çıxarır.
Bu barədə "Bloomberg" nəşri  məlumat yayıb. 
""Diageo" qeyri-sabit yağış və quraqlıq kimi iqlim dəyişikliyinin getdikcə daha çox şirkətin spirtli içkilərinin hər birində vacib tərkib hissəsi olan su qıtlığına səbəb olacağından narahatdır",  - nəşr qeyd edib.
Bildirilir ki, pivədə suyun payı 90%-dən, güclü spirtli içkilərdə isə 60%-dən çoxdur. Eyni zamanda, digər komponentlər, üzüm və taxıl da sudan asılıdır. Şirkətin hesabatına görə, 2022-ci ildə şirkət öz fəaliyyətlərində 17,52 milyard litr su istifadə edib. "Diageo" ən çox su qıtlığı olan ərazilərdə 2020-ci ilə nisbətən 2030-cu ilə qədər suyun səmərəliliyini 40%, başqa yerlərdə isə 30% artırmağı öhdəsinə götürüb.