Oksford Universitetinin Uşaqlıqda Xəstəlik Arxivində dərc edilən araşdırmaya görə, daha uzun müddət ana südü ilə qidalanma yeniyetmələrdə daha yaxşı test nəticələrinə səbəb ola bilər.
Xarici KİV xəbər verir ki, tədqiqatda erkən uşaqlıqdan orta məktəbə qədər təxminən 5000 britaniyalı uşaq iştirak edib.
Nəticələr göstərib ki, ən azı 12 ay ana südü ilə qidalanan körpələr ana südü ilə qidalanmayanlara nisbətən testlərdə daha yaxşı nəticə veriblər.
Konkret olaraq, onlardan 39 faizi riyaziyyat və ingilis dili imtahanlarında yüksək bal toplayaraq digərlərinə nisbətdə müvəffəqiyyət qazanıb.
Tədqiqatçılar, ana südü ilə qidalanmanın akademik nəticələrə təsirinin mürəkkəbliyini daha yaxşı başa düşmək üçün əlavə tədqiqatlar təklif edirlər.