Bütün populyar telefonlar, ilk baxışdan yaxşı xüsusiyyətlərə malik olduğu görünsə də, bəzən tam istədiyimiz kimi çıxmaya da bilir. 
Bir çox ekspertlər populyarlığına baxmayaraq, keçən ilin sonunda buraxılan “Samsung Galaxy A53”ü bu il almamağı tövsiyə edir.
Məlumata görə, bu model yeni “A54” cihazına qarşı zəifdir və qiymət fərqi də azdır (hər ikisini təxminən 300-315 dollara almaq olar). 
“Galaxy A54” daha yaxşı şüşəli arxaya və “Galaxy A53” ekranından 200 nits daha parlaq olan təkmilləşdirilmiş ekrana da malikdir. Bundan əlavə, “A54” Exynos 1380 prosessoru ilə təchiz olunub və bunun sayəsində cihazın performansı “A53”də quraşdırılmış daha zəif Exynos 1280 ilə müqayisədə 25% artır.
“A53” kamerası da yeni model smartfonun qarşısında zəif qalır. Belə ki, daha çox meqapiksel (64-ə qarşı 50) olsa da, köhnə kamera daha pis çəkir.
Xatırladaq ki, "Samsung" dünyanın ən yaxşı 10 smartfon istehsalçısından biridir. Bu yaxınlarda onun istehsalı olan “Galaxy A13” 2023-cü ilin ən sərfəli smartfonları siyahısına daxil edilib.
Yaxşı telefonlar arasında olan “Samsung Galaxy S23” bu gün bazarda mövcud olan 15 ən populyar smartfon siyahısında 7-ci yeri tutub.