"Ağ və qara tutun vitamin, minerallarla zəngin olması məlumdur. Tutun sağlamlığa göstərdiyi müsbət təsirlərinə görə onu bir aptekə bənzətmək olar".
Bu barədə fitoterapevt Füzuli Hüseynov bildirib.
Onun sözlərinə görə, tutun immunitet sistemini gücləndirdiyini, anemiya və böyrəklərə xeyirli olduğunu danılmaz bir fakt kimi çox insan bilir:
"Tut eyni zamanda ağız və diş sağlamlığının təmin olunmasında və saçların canlandırılmasında çox böyük faydalara malikdir. Təbii yolla aparılan bitki müalicəsində tutun həm meyvə, həm şirəsi, həm də yarpaqlarından istifadə olunur. Tutun, əsasən qara və ağ növü çox işlədilir.
Ağ tutun meyvələri şirin, yeməlidir və C vitamini ilə zəngindir. Onun meyvəsi, bəkməzi, kompotu və cemi ürək zəifliyi, mədə-bağırsaq xəstəliklərinin müalicəsində son dərəcə faydalıdır. Ağ tut mədə və bağırsaqların nizamlı fəaliyyətini təmin edir. Onun yarpaqları qaynadılıb içilərsə, sidikqovucu təsir göstərir və bədəndə yığılmış suyu xaric edir. Acqarına yeyilən ağ tut bağırsaq qurdlarını azaldır. Tut həm də yorğunluq hissini azaltmağa kömək edir. Ən əsası, yaşlanmanı gecikdirir və dərini daha təravətli saxlayır, şəkər xəstəliyinin müalicəsində yaxşı təsir edir. Onun yarpaqları qanda şəkərin səviyyəsini aşağı salır".
Fitoterapevt qeyd edib ki, qara tut qanyaranmanı sürətləndirir, böyrək toxumasını qidalandırır, boğaz ağrısını, çiçək və qızılca xəstəliklərini sağaldır:
"Mədə və bağırsaqları gücləndirir, bağırsaqların peristaltikasını sürətləndirir, mikrofloranın tənzimlənməsində iştirak edir, sidikqovucu təsir göstərir. Qara tut suyu ilə hazırlanan ağız yuyucusu ağız iltihabı, diş əti iltihabı (gingivit), diş ətinin şişməsi, tonzillit və boğaz ağrısı üçün faydalıdır. Turş tut ağız yaralarının (aftanın) müalicəsi üçün çeynənir. Təbii antibiotik olaraq təsirini itirməyən tutun tərkibində kalium, fosfor, A və K vitamini var. Bu meyvə yüksək xolesterol, ürək və mədə xəstəlikləri üçün faydalıdır və qan şəkərini tənzimləyir. Bədəni toksinlərdən təmizləyən və həzm sistemini gücləndirən tut orqanizmi zərərli maddələrdən qoruyur. Dəri üçün də olduqca faydalıdır"..
Həmçinin o qeyd edib ki, qırmızı və ağ tut cəmiyyətdə anemiya olaraq bilinən dəmir çatışmazlığı anemiyasının müalicəsində faydalıdır:
"Gündə 1 ovuc tut qanazlığını aradan qaldırır. Yaş artdıqca sümük inkişafında durğunluq yaranır. Yaşıl tərəvəz və meyvələr sümük inkişafını dəstəkləyir. Xüsusilə qırmızı və ağ tut sümük inkişafında çox faydalıdır.
O, infeksiya ilə mübarizə aparır və xəstəliklərdən qoruyur. Elmi tədqiqatlar giləmeyvələrin istehlakının xərçəng, yaşlanma və bakterial infeksiyalara qarşı potensial sağlamlıq təsirləri olduğunu göstərir, həmçinin, yaşlanma əleyhinə effekt göstərir. Tərkibindəki A vitamini sayəsində hüceyrələr yenilənir və dəri sağlamlığı qorunur".
Tutun inanılmaz faydaları - Aptekə bənzətmək olar
09
iyun
12:10

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qara tutun bilmədiyimiz faydaları
Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib - VİDEO
DİN siqaretə görə minlərlə insanı cərimələyib - RƏSMİ
Ruslar məşhur siqaret markalarından məhrum qalacaqlar
Tütün məmulatlarının və alkoqollu içkilərin aksiz dərəcələri artırılacaq
2000-ə yaxın şəxs cərimələnib - Qadağan olunmuş yerlərdə siqaret çəkən və...
Azyaşlılara tütün məmulatları satanlar cərimələndi
Siqaretlərin aksiz dərəcəsi artırılıdı
Heyvanın bimədiyimiz faydaları - 1001 dərdin dərmanıdır
Tütün məmulatlarının, alkoqollu içkilərin idxalı və istehsalına dövlət nəzarəti gücləndiriləcək
Yetkinlik yaşına çatmayanlara siqaret satılması aşkar edildi
Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələndi
Polis uşaqlara siqaret satan mağaza sahiblərini cərimələdi
Uşaqlara siqaret satanlar cərimələndi
Sükan arxasında siqaret çəkən 55 avtobus sürücüsü cəzalandırılıb
Pomidor haqqında bilmədikləriniz: Nələrə faydalıdır?
Ödəmə terminalından 4 min manat oğurlanıb
Siqaretin aksiz dərəcəsi artırılır
Avropada mentollu siqaretlərin satışı və istifadəsi qadağan edildi
Elektron siqaretə aksiz dərəcəsi tətbiq olunacaq
Şəkidə dolu kənd təsərrüfatına ciddi ziyan vurub - AÇIQLAMA
Ötən il əhali ərzağa bu qədər pul xərcləyib
Həzmi yaxşılaşdıran faydalı bitki çayları - SİYAHI
Fındığın bilmədiyimiz faydaları
Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
Uşaqlar üçün qadağan olunmuş siqaretlər satılır
Tütün spesifik idxal rüsumundan AZAD EDİLDİ
Əhali ticarət şəbəkəsində nə qədər pul xərcləyib?
Armudun bitməyən faydaları – İnanmayacaqsız!
Yerkökü həm də saçları uzadırmış - FAYDALARI
- Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi
- Avropada günün maraqlı futbol oyunları - AFİŞA
- Şuşaya axund təyin olundu
- İsveçrə Gülnarə Kərimovanın 1,4 milyardlıq əmlakına həbs qoydu
- Növbəti silah-sursat və döyüş texnikası Ağdərə ərazisində müsadirə edilib - VİDEO
- Mingəçevirdə qətl törədən şəxs saxlanıldı - (YENİLƏNİB)
- Davit Babayan da həbs olundu - RƏSMİ
- Ölkəyə külli miqdarda narkotik gətirənlər saxlanıldı - VİDEO
- Ürəyin ilk fəaliyyətə başlaması alimləri heyrətləndirdi
- Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq
- DİQQƏT! Bu qidalar dişlərə zərər verir
- Ərəblər Salah üçün böyük pul təklif edir
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”
- Bu vaxtlarda qəhvə içmək olmaz
- Həzm üçün zərərli olan tərəvəzlər
- Gecə yemək istəyindən qurtulmağın sadə yolları
- "MDB ölkələrinin güclü orduları olmalıdır" - Şoyqu
- Azad edilmiş ərazilərdə daha 29 mina aşkarnıb AŞKARLANDI
- Məşhur futbolçunun dördüncü övladı olacaq