Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rəşad Dağlının bıçaq aldığı mağazanın satçısı, hazırda əsgərlikdə olan Xankişi Cəfərquliyevin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan olunub.
O, ifadəsində bildirib ki, noyabrın 4-də, gecə saat 4 radələrində Rəşad Dağlı onun satıcı işlədiyi mağazaya gəlib, mağazadan siqaret və bıçaq alıb. Qeyd edib ki, Rəşad Dağlı ilə başqa söhbəti olmayıb, ondan başqa heç bir söz soruşmayıb. Bildirib ki, həmin vaxt Rəşad Dağlının yanında heç kim olmayıb.
"Rəşadın arxasınca çölə çıxmadım. Onun hansı istiqamətdə getdiyini bilməmişəm. Səhəri gün Rəşad Dağlının qətl törətməsi xəbərini mənə mağazanın sahibi dedi" - deyə şahid ifadəsində qeyd edib.
Rəşad Dağlının vəkili isə deyib ki, şahidin istintaqa verdiyi iki ifadəsi arasında ziddiyyətlər var. Onun sözlərinə görə, şahid birinci ifadəsində bıçaq barədə heç nə xatırlamır, amma ikinci ifadəsində bıçağın sapının rənginə qədər qeyd edib.
Daha sonra ifadə verən Rəşad Dağlı bildirib ki, mərhum İsgəndər Mehdiyev onun qardaşına zəng edib, onu soruşub: "Təxminən iki-üç gün sonra İsgəndərə zəng etdim. Mənimlə görüşmək istədiyini, barəmdə xoşagəlməz söhbət olduğunu deyib. Mən də onunla görüşdüm. Bildirdi ki, bu söhbət barədə məlumat bir nəfərdə var, onunla bu məsələnin həll etmək istədiyini dedi. Mən də həmin şəxslə görüşmək istədiyimi dedim. Mənə dedi ki, həmin şəxsin telefonu onda yoxdur, bu yaxınlarda özü həmin şəxslə görüşəcək. Bu söhbətdən sonra telefonumu 5-6 gün söndürdüm. Sonradan telefonumu açanda İsgəndərdən SMS-lər gəldi. Həmin SMS-lərdə məni təhqir edirdi. Gördüm ki, bu məndən əl çəkmir".
Təqsirləndirilən şəxs deyib ki, bundan sonra İsgəndərlə danışanda görüşmək barədə razılığa gəliblər: "Mənə dedi ki, gələndə dolu gəl. Mən də bıçaq aldım və İsgəndərlə görüşə getdim. İsgəndəri evinin qarşısından götürdüm və yola çıxdıq. Yolda İsgəndər mənə dedi ki, həmin şəxs pul istəyir. Onun 6 min manat pula ehtiyacı var, 3 min manat özü tapıb, 3 min manat da məndən istəyir. Dedim ki, mənimlə bağlı nə söz ola bilər. Bundan sonra İsgəndər mənim ailəm, özüm, anam haqqında pis söyüşlər söydü. Biz mübahisə etdik. Bundan sonra İsgəndər maşına qoyduğum bıçağı götürdü. Məni vurmaq istədi. Mən bıçağı olun əlindən aldım.
Bundan sonra özümdə olmamışam. Bir də gördüm ki, İsgəndər qan içindədir, onu maşından aşağı saldım. Fikirləşdim ki, ölüb. Onun meyitini maşında saxlamaq istəmədim. Çünki meyit mənə pis təsir edirdi. Onun meyitini maşından yerə salandan sonra qardaşıma zəng etdim və qardaşımın yaşadığı evin yanına getdim. Maşın qan içində idi. Qardaşımın maşını ilə polisə getdim".
Prokuror Orxan Səmədovun suallarını cavablandıran Rəşad Dağlı deyib ki, o, İsgəndər tərəfindən təhdid edilib: "Mənə deyirdi ki, barəndə xoşagəlməz ifadələr yayılacaq. Bir nəfərdə də belə söhbət var idi. Həmin adam söz-söhbəti bağlamadı, məlumat yayıldı, sonra həmin şəxs özünü asdı. Bildirdi ki, sənin də bu sözləri yığışdırmaq üçün pul verməyin lazımdır. Bu zaman biz maşında mübahisə etdik. Mən də bıçağı İsgəndərin əlindən aldım. Maşın dayananda özümə gəldim. Ona neçə bıçaq zərbəsi vurduğunu xatırlamıram. Ekspertiza yazır ki, 14 bıçaq zərbəsi vurmuşam. Hərəkət etmədi, bildim ki, ölüb".
Daha sonra məlum olub ki, Rəşad Dağlının məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. O həmin ifadəsində İsgəndərin onu cinsi azlıq söhbəti ilə təhdid etməsindən və digər məsələlərdən geniş danışıb. İfadəsi elan olunandan sonra sorğu-sual olunan Rəşad Dağlı deyib ki, belə bir hal olmayıb, belə söhbətin olması, yayılması mümkün deyildi.
Suallara cavab verən Rəşad Dağlı qeyd edib ki, İsgəndərin təhdidləri ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyib. Onun sözlərinə görə, İsgəndər ona deyib ki, bu söhbəti bağlamasın, həmin şəxs gəlib toyda haqqında məlumatı yayacaq, biabır olacaqsan.
Növbəti proses iyulun 7-də davam edəcək.
İttihama görə, ötən ilin noyabrın 9-da, saat 05 radələrində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İttiham aktında qeyd edilib ki, əvvəllər dəfələrlə məhkum edilmiş İsgəndər Mehdiyev Rəşad Dağlı haqqında təhqir xarakterli ifadələr səsləndirib, təhqirlərin dayandırılması üçün ondan 3000 manat pul tələb edib.
Bundan sonra Rəşad Dağlı Biləcəri qəsəbəsində yerləşən mağazadan bıçaq alıb.
Noyabrın 8-dən 9-na keçən gecə Rəşad Dağlı İsgəndər Mehdiyevin yaşadığı evin qarşısına gələrək, onu maşınına mindirib, onlar birlikdə gediblər. Hadisə də avtomobilin içində, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə baş verib.
Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
İsgəndər Mehdiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.
Rəşad Əmirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Rəşad Dağlıya Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə də ittiham verilib.
İsgəndər Rəşadı şantaj edirmiş: “Deyirdi ki, 3 min verməsən toyda biabır olacaqsan...”
09
iyun
18:34

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Rəşad Dağlının məhkəməsi başlayıb - YENİLƏNİB
Rəşad Dağlının öldürdüyü şəxs Ələkbər Yasamallının qohumudur
Rəşad Dağlının həbs müddəti uzadılır
Məhkəmə Rəşad Dağlı ilə bağlı qərar verdi - VİDEO (YENİLƏNİB)
Rəşad Dağlı məhkəmədən nələri xahiş edib? - VİDEO
Rəşad Dağlının cinayət işi üzrə vacib xəbər
Rəşad Dağlının qətl törətdiyi yerdən VİDEO
Rəşad Dağlı məhkəməyə gətirildi – Həbs müddəti uzadıla bilər
Rəşad Dağlı qonşusunu buna görə ÖLDÜRÜB (YENİLƏNİB)
Rəşad Dağlı bu gün hakim qarşısına çıxarılacaq
Rəşad Dağlının məhkəməsinin vaxtı məlum oldu
Rəşad Dağlının oğlunun adından DƏLƏDUZLUQ
Rəşadın qətlə yetirdiyi şəxsin FOTOSU - 15 gün əvvəl ... (YENİLƏNİB)
Rəşad Dağlının məhkəməsində şahidlər danışdılar: “Aksesuar kimi bizdən bıçaq aldı”
Rəşad Dağlı apellyasiya şikayəti vermək niyyətində deyil
Rəşad Dağlı məhkəmədə özünü qismən təqsirli bilib
Rəşad Dağlının həbsxanadan VİDEOSU yayıldı
Aqşin Fatehdən Rəşad Dağlı ilə bağlı ETİRAF: "Onun yerinə olsaydım... " - VİDEO
Rəşad Dağlının əsl tələbəsi kimdir? - Meyxanaçı AÇIQLADI
Rəşad Dağlının bu gün hakim qarşısına çıxarılması gözlənilir
Qətldən sonra Rəşadın trendə çevrilən meyxanaları - VİDEO
"Gecə toyda olub, qayıdanda İsgəndəri maşınına mindirib və..." - Rəşad qətli necə törədib?
Rəşad Dağlı prokurorluğa gətirildi - FOTO
Rəşad Dağlı ilə bağlı nə qərar olacaq?
Rəşad Dağlının həbsxanada ailəsi ilə görüşündə nələr yaşandı? - Qızı ağladı
Rəşad Dağlı narkotik müayinəsindən keçirildi - YENİLƏNİB (VİDEO)
“Rəşad Dağlı indi yada düşdü?!“ - Meyxanaçı
Rəşad Dağlıdan xəbər var
Rəşad Dağlının qətl törətməsinin səbəbi və hadisənin təfərrüatı məlum olub - EKSKLÜZİV
Rəşad Dağlının cinayət işi məhkəməyə göndərildi
- Səhər ortaya çıxan iki xərçəng ƏLAMƏTİ
- Sabahın hava proqnozu AÇIQLANDI
- Hamiləlikdə qəhvə və siqaretin təsiri
- Tez-tez suşi yeməyin təhlükələri
- İt istedad nümayişi zamanı sahibi ilə "DANIŞDI" - VİDEO
- Futbolçunun məşuqəsi ərinin arvadına xəyanətini AÇIQLADI
- Pişik gürcü mahnısı oxuyub ulduza çevrildi - VİDEO
- Bibər yemək REKORDÇUSU oldu: Hisslərindən DANIŞDI
- Yeni COVID-in əsas xüsusiyyəti: Özünüzü virusdan necə qoruya bilərsiniz?
- Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi
- Rusiyalı aktyor vəfat etdi
- Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilir
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”