Hərbçilərin görüntüləri ilə bağlı cinayət işi açıldı
21-11-2020, 17:39
44

Hərbçilərin görüntüləri ilə bağlı cinayət işi açıldı

Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən verilən məlumatda deyilir:
2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində davam edən silahlı münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müharibə qanunlarının və adətlərinin pozulması faktlarına dair Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq hazırda ibtidai istintaq davam etdirilir, cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür.
Bununla yanaşı, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycanın hərbi qulluqçularının torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülər yayılmışdır.
Həmin videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilmiş, bir çox videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranmışdır.
Qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi başlanmış, hazırda həmin videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu kimi qanunsuz əməllərə yol vermiş şəxslər müəyyən edilib məsuliyyətə cəlb edilməklə, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.
Baş Prokurorluq Azərbaycan Respublikasının vətəndaşlarını və hərbi qulluqçularını yuxarıda qeyd olunan qanun pozuntularının yolverilməzliyi barədə bir daha xəbərdar edir.
Həmçinin bildirilir ki, 1992-ci ildən başlayaraq Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə arxeoloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması, ekoloji cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işləri üzrə istintaq aparılır, artıq işğaldan azad edilmiş ərazilərimizdə hadisə yerinə baxış da daxil olmaqla, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir və həmin istintaq hərəkətləri zamanı tarixi abidələrin ermənilər tərəfindən məhv edilməsinə dair əsaslı sübutlar əldə olunur.
Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Respublikası müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olaraq, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və müxtəlif konfessiyaların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi dünyada tanınmışdır.
Vətəndaşlarımız tolerant və multikulturalizm dəyərlərini əsas tutmaqla mədəniyyətimizə və mentalitetimizə uyğun olmayan hərəkətlərdən çəkinməlidir.
Bir daha qeyd edilməlidir ki, işğaldan azad edilmiş ərazilərimizdə hazırda mövcüd olan tarixi, dini və mədəni abidələrin məhv edilməsi və ya onlara hər hansı formada zərər yetirilməsi yolverilməzdir.
Baş Prokurorluq bəyan edir ki, oxşar xarakterli qanun pozuntularına yol vermiş hərbi və mülki şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcəkdir.

Oxşar xəbərlər

Ermənilərin kimyəvi mərmilərdən istifadəsilə bağlı cinayət işi açıldı
Baş Prokurorluq axtarışda olan Vaaqn Çaxalyanla bağlı məlumat yaydı
Ermənistanın talançılığı ilə bağlı istintaq qrupu yaradılıb
Baş Prokurorluqdan intihar edən müəllimin işi ilə bağlı MÜRACİƏT
Hərbi helikopterin vurulması ilə bağlı cinayət işi açılıb
“Cənnət bağı”nda minlərlə ağac kəsilib - Cinayət işi başlandı
“Erməni Soyqırımı Muzey-İnstitutu”nun direktora cinayət işi açıldı
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Neftçalada qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olundu - YENİLƏNİB
Abxaziyadan Qarabağa gələn 20-dən çox muzdluya cinayət işi açıldı
Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edildi
Terrorçuluğa çağırışlar edən ermənilərlə bağlı cinayət işi açılıb
Daha bir vəzifəli şəxsə cinayət işi AÇILDI
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Daha bir erməni təxribatı - Əsgərimiz yaralandı
Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanılıb
27 yaşlı müəllimin intiharı ilə bağlı cinayət işi başlanıldı
Qarabağda döyüşən “Krım könüllüləri birləşməsi"nin rəhbərinə cinayət işi açıldı
Vejnəli qızıl yatağının talanmasına görə 3 nəfər barəsində beynəlxalq axtarış elan olunub
Bələdiyyə sədrinə cinayət işi başlanıldı
Baş Prokurorluq: Saxta ölüm sənədi hazırlayan şəxslərə cinayət işi açılıb
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Bələdiyyə sədrinə cinayət işi açıldı
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Şirkət direktoruna cinayət işi açıldı
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda vəzifəli şəxslər rüşvət alarkən YAXALANDI
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan torpaqlarına gələn ekstremist lider haqda cinayət işi başlandı - FOTO