Badamdarda sürüşmə güclənə bilər (RƏSMİ)
21-11-2020, 19:38
44

Badamdarda sürüşmə güclənə bilər (RƏSMİ)

"Bu gün Səbail rayonu, Badamdar şosesinin ətrafında monitorinq keçirmişik. Orada vəziyyət nisbi stabildir”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. O bildirib ki, yağışlarla bağlı təhlükəli bir məqam ola biləcəyi ehtimalına görə, baxış keçirilib: 

"Ciddi bir şey yox idi. Noyabrın 17-də yağan yağışlar nəticəsində orada kiçik asılı kütlə qopub, yamacboyu axmışdı. Eni 1.5-2 metr olardı. Kütlə Badamdarda 20-ci sahə deyilən yola qədər gəlib, yolun kənarında qalmışdı, amma yol açıq idi. Bu, sürüşmə prosesi deyildi. Sadəcə kiçik uçuntu əmələ gəlmişdi. 

Amma bütün hallarda mövsümi xarakterli proseslər orada gərginlik formalaşdıra, yağışın davam etməsi vəziyyəti gərginləşdirə bilir”.

Ə. Əliyev qeyd edib ki, sahədə davamlı bərkitmə işləri görülür: "Ümumiyyətlə, orada təbliğat-təşviqat işləri aparılır. Yəni insanların yamaca su buraxmaması, suyun qənaət rejimində işlənməsi, mərkəzləşdirilmiş kanalizasiya xətlərinin qurulması tədbirləri görülür və təkliflər verilir. Bakıda noyabrın 16-dan 18-dək intensiv yağışlar yağdı. Bunun nəticəsində yamac islandı. Əslində bizim ehtiyat etdiyimiz yamacın intensiv islanmasıdır. Növbəti mərhələdə də intensiv yağışların yağması gərginliyi artıra bilər”. 

Xidmət rəisi vurğulayıb ki, yağışların çox olması səthi prosesləri sürətləndirir: "Ümumiyyətlə, sürüşmə proseslərinin inkişaf etdiyi sahələrdə yağışların intesivləşməsi ilə adətən gərginlik formalaşır. Biz davamlı olaraq ərazini nəzarətdə saxlayırıq”.  

Oxşar xəbərlər

Leysan Xaçmazda 20-dən çox evi dağıdıb, avtomobil körpüləri yararsız vəziyyətə düşüb
Bakıda yağış hasarı aşırdı, 3 maşın altında qaldı - Video
Gəncədə koronavirusa kütləvi yoluxmanın səbəbi açıqlandı - RƏSMİ
Abşeron yarımadasında sürəti 25 metr/saniyədən çox olan küləkli günlərin sayı artıb - ETSN
Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Fotolar
Nazirliyin 26 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər vəfat etdi
Bu yataq ölkəmizə milyardlar qazandıracaq
22 yaşında Şuşadan çıxan qadın 18 yaşlı oğlu ilə geri qayıdır: “Orada yaşayacağıq” - VİDEO
Ermənistanda tullantıların çaylara axıdılması Azərbaycan üçün ciddi təhlükə mənbəyidir - AÇIQLAMA
Lökbatan qəsəbəsində növbəti abad məhəllə - Fotolar
Ağgöl Milli Parkında yanğın müəmması-ETSN-nə yalan məlumat verilir?-NONSES
İlham Əliyev: “Özüm gedib baş çəkəcəyəm və baxacağam ki, göstərişlərim necə yerinə yetirilir”
“Su hövzələrinin zəhərlənməsi, meyitlərin, heyvan cəsədlərinin ortada qalması...“ - TƏHLÜKƏ
Yəni bizim qadınlarımız belə xəyanətkardırlar? - “Pisdirsə, get evdən”
Prezident İlham Əliyev: "Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməz ruhunun təcəssümüdür"
Gələn həftədən bu qaydalarla "Mallar" açıla bilər - AÇIQLAMA
“Nə dərman verirlər, nə iynə vururlar, Bakının demək olar ki, bütün poliklinikaları belə işləyir...” - ETİRAZ
Prezidentin yeni yaratdığı Şura hansı işi görəcək? - Deputat
Ovannisyan erməni əsgərlərin Qarabağdan qaçdığını təsdiqlədi
Ekologiya nazirliyini “ESE”MMC ilə başqa nələr bağlayır?
Aynişan Gömrük Komitəsini tənqid etdi: “Biz insanıq, heyvan deyilik“
Gömrük Komitəsinin binası söküləcək
Xocavənd, Xankəndi və Xocalı Azərbaycanın tərkibində qalır - Açıqlama
İlham Əliyevdən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə bağlı SƏRƏNCAM
Zəngilanda yeganə dağıdılmamış bina o idi… - Kamran Əliyev
“Bu qışı karantin rejimində keçirəcəyik” - TƏBİB rəsmisi
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır - Küçəyə çıxmayın
Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddia
Körpə nərə balıqları Kür çayına buraxılıb
BNA-nın “avazı” gözəldi, amma... - GƏLİŞMƏ