Həyat yoldaşının çiynində son mənzilə: Qubadlıda bayrağımızı ucaltdı, Laçında şəhid oldu…
21-11-2020, 19:46
141

Həyat yoldaşının çiynində son mənzilə: Qubadlıda bayrağımızı ucaltdı, Laçında şəhid oldu…

Qubadlıda bayrağımızı dalğalandıran igid əsgərimizin fotosu ölkə mətbuatında, sosial şəbəkələrdə geniş yer almışdı. Müdafiə Nazirliyinin yayımladığı videogörüntülərdə düşmən bayrağını təpikləyib yerə salan, qürur və ehtiramla öz bayrağımızı azad edilmiş Qubadlıya sancan bu əsgərin görüntüləri hamımızı qürurlandırmışdı. Amma çox keçmədi ki, sarsıdıcı xəbər gəldi- igidimiz hərbi əməliyyatların dayandırılmasına cəmi bir neçə gün qalmış  Laçın uğrunda gedən döyüşlərdə şəhid olmuşdu…
Həmin hərbçimiz, əslən Gəncədən olan Röyal Cəfərov Gəncədəki N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Ailəsi ilə birgə kirayədə yaşayıb. Müharibə başlanan gündən döyüşlərə göndərilib. Əvvəl Murovdağda döyüşüb, sonra Füzuli, Zəngilan, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Həmişə ön cəbhədə olub.  Noyabrın 4-də düşmən gülləsinə tuş gələn Röyal döyüş meydanında şəhadətə qovuşub.
Şəhidimizin qüruru və mətanəti ilə ondan geri qalmayan həyat yoldaşının fotosu isə hər bir azərbaycanlını kövrəltdi. Qəhrəman igidimizin cənazəsini çiynində daşıyan bu qadın müharibənin simvollarından birinə çevrildi...


Qarabağın işğaldan azad edilməsi uğrundakı döyüşlərdə qəhrəmancasına həlak olan 30 yaşlı Rövşən Cəfərovun iki övladı var. Böyük qızı Yağmur 3 yaşındadır, oğlu Ruzgar isə cəmi üç aylıqdır. Yeni doğulan körpəsinin üzünü doyunca görə bilməyib. Ömür-gün yoldaşının cənazəsini öz çiynində son mənzilə yola salan Firuzə Cəfərova deyir ki, bu, onun Röyala son borcu olub:”Röyal mənim üçün həm ata-ana, bacı-qardaş, həm də dost-sirdaş idi. 2016-cı ildə ailə qurmuşduq. Çox dərdlərimizi birgə bölüşmüşük. Bu, mənim Röyalın qarşısında olan son borcum idi. Bunu etməli idim”.


F.Cəfərova həyat yoldaşı ilə qürur duyduğunu, onunla fəxr etdiyini deyir: "Röyal snayper idi. Çox vaxt əlaqə saxlaya bilmirdik. Onlara telefon işlətmək olmazdı. Cəbrayıldan sonra Qubadlıda döyüşüb. Sonra Laçın rayonu istiqamətinə yönləndirilib, orada vuruşub. Sonuncu dəfə noyabrın 3-də telefonla əlaqə saxladıq. Röyalın şəhid olmasından üç gün sonra xəbər tutduq. Qaynıma zəng vurub Füzuliyə çağırdılar. Əvvəl mənə dedilər ki, yaralıdır. Axşamtərəfi bayrağa bürünmüş nəşini gətirdilər, bir gecə evimizdə qaldı, qonağımız oldu”.


Döyüş meydanında ayağından yaralanan Röyalı yaxın dostu Süleyman Məmmədov sürüyərək çıxarmaq istəyib. Lakin düşmən aman verməyib, Röyalı yenidən hədəfə alıb, snayperlə vurub. Röyala dəyən güllə onun bədənindən çıxaraq dostu Süleymanı da yaralayıb. Süleyman onlara tərəf gələn səkkiz erməni əsgərini öldürüb, dostunun meyiti düşmənin əlinə keçməsin deyə yaralı vəziyyətdə özüylə 700 metr daşıyıb...
Şəhid atası Vaqif Cəfərov oğluyla qürur duyduğunu deyir: "Şəhidlik hər adama nəsib olmur. Vətənimiz sağ olsun. Mən oğlumla fəxr edirəm”. Dərdli ata başqa heç nə demir, danışmaq istəmir...
Şəhid Röyal Cəfərov noyabrın 7-də Gəncədəki Şəhidlər Xiyabanında dəfn edilib.





Oxşar xəbərlər

Şəhid ərini çiyinlərində daşıyan Firuzə: Son borcum idi (VİDEO)
Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu - FOTO
"Qubadlıda ermənilər gizli hücuma keçmək istəyirdilər" - Yaralı hərbçimiz
Xalq artistinin oğlu Şuşa uğrunda döyüşlərdə ŞƏHİD OLDU
Oğlanları ilə birgə döyüşüb şəhid olan ata... - VİDEO
Baş nazirin qohumu Şuşa uğrunda şəhid olub
Düşməni öz silahıyla məhv edən hərbçilərimiz - VİDEO
“Məğlub xalq” ifadəsini üzərimizdən götürdük” - Dörd oğlu döyüşmüş ana
Məşhur müğənni Qarabağdakı döyüş yolundan DANIŞDI
Mənsum İbrahimov şəhid olan qardaşı oğlundan DANIŞDI: - “Dedi ki, ölsəm, heç kim ağlamasın“
Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi
Döyüşdə böyük rəşadət göstərən igidlərimiz - VİDEO
“Düşmənin hədəfi millətimizi ruhdan salmaqdır” - Zəlimxan Məmmədli
Qardaşım döyüşlərə könüllü qatılıb - Şəhid bacısı
Yaralı əsgər əməliyyat masasında “Qarabağ” oxudu - Video
Ermənistan ordusunun xüsusi təyinatlısı məhv edildi
Şuşa uğrunda döyüşlərdə şəhid olan 6 hərbçimizin cəsədi təhvil alındı
Hadrutda düşmənin qurduğu pusqu belə məhv edilib - VİDEO
Şəhid olan hərbçimizin fotosu YAYILDI
Düşmənin minaatan bölməsini məhv edib (VİDEO)
Füzulidə düşmən texnikası ələ keçirildi - FOTO
Şəhidimizin bu videosunu izləməyən yoxdu: “Dastana döndü…”
“Ön cəbhədə əsgərlərimizdə böyük ruh yüksəkliyi var“ - Qarabağ qazisi
Azərbaycan Ordusunun çavuşu şəhid olub
“Təkcə mənim heyətim 1 günə düşmənin 8 topunu məhv edib” - Video
İki oğlu şəhid olan Zeynəb ana: “Təki Vətən sağ olsun!”
Tariximizdə Nadir Şah Əfşardan sonra torpaq alan dövlət başçısı İlham Əliyevdir
“İtirdiyimiz torpaqları indi oğullarımız geri qaytarır” - Əsgər atası - Video
Prezident Qubadlıya görə bu komandirləri təbrik etdi
Suqovuşana bayrağımızı sancan əsgərimiz təşəkkür etdi - VİDEO