"Dağlıq Qarabağ münaqişəsi" söz birləşməsini bir daha eşitməyəcəyimə ümid edirəm - İlham Əliyev
21-11-2020, 20:50
42

"Dağlıq Qarabağ münaqişəsi" söz birləşməsini bir daha eşitməyəcəyimə ümid edirəm - İlham Əliyev

“Biz həm də ona görə şadıq ki, Bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən Minsk qrupunun digər üzvləri gec də olsa, Bəyanatın mətninə öz münasibətlərini, müsbət münasibətlərini bildiriblər.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edən zaman deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdi:

“Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub. Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır. Mən bilirəm ki, Moskvada ATƏT-in Minsk qrupunun nümayəndələrinin görüşü keçirilib. Güman edirəm ki, onların bu bəyanata müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli sülhün bərqərar olması işində mühüm rol oynayacaq.

Onu da qeyd etmək istərdim ki, Rusiya Federasiyasının Prezidentinin mövqeyinə tamamilə şərikəm. O, bəyan edib ki, bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyinə ümid edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik"

Oxşar xəbərlər

Rusiya mediasından Cenevrə görüşü barədə YENİ MƏLUMAT
Moskvada Qarabağ münaqişəsi müzakirə edilib
Paşinyan kömək istədi, Rusiya "yox" dedi
Lavrov: “Rusiya Qarabağa dair sözünün arxasındadır”
“ABŞ Azərbaycanın yanındadır” — Mayk Pompeo
Cenevrədə münaqişənin həllinə dair növbəti görüş başlayıb
İlham Əliyevdən ATƏT-in MİNSK qrupuna: Onları dayandıran yoxdur
Həmsədrlər Qarabağa səfər edəcəklər
XİN rəhbərlərinin Moskva görüşü başa çatdı - YENİLƏNİB
Fransa üçün Qarabağ yaddan çıxdı?
Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
Polad Bülbüloğlunun Qarabağ açıqlamasına hökumətdən SƏRT REAKSİYA
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
“Azərbaycan balanslaşdırılmış siyasət yürütmür” - Deputat
"Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da elə Vətəndir" - Türkiyə səfiri
Minsk Qrupu necə TARİXƏ ÇEVRİLDİ... - “O ölüb və basdırılıb”
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
İlham Əliyev Sergey Şoyqunu qəbul etdi - FOTO
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı məlum oldu
Paşinyan yenə sərsəmlədi: - Dağlıq Qarabağın müstəqilliyindən danışdı
İlham Əliyev Rusiya, İran və ABŞ-ın mövqeyini şərh edib
Prezident hərbi müşahidəçilərin yerləşdirilməsi məsələsinə münasibət bildirdi
Ceyhun Bayramov Cenevrədədir
İlham Əliyevlə Ərdoğanla danışdı
“Bu qiymətləndirməyə tamamilə şərikik“ - Azərbaycan XİN Putinin fikirlərinə münasibət bildirib
XİN-dən Putinin Qarabağla bağlı fikirlərinə MÜNASİBƏT
İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."
"Gəncədə mülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir" - Prezident
Putinlə İlham Əliyev Qarabağ məsələsini müzakirə etdi
Həmsədrlər yaxın vaxtlarda regiona səfər edəcək