Vaqif Əsədov: “Sürücülər belə halda maska taxmaya bilər
21-11-2020, 21:31
148

Vaqif Əsədov: “Sürücülər belə halda maska taxmaya bilər

“Sükan arxasında əyləşən sürücü idarə etdiyi nəqliyyat vasitəsinin növündən, markasından asılı olmayaraq təkdirsə, maska taxmaya bilər”.
Bu fikirləri açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov söyləyib. O bildirib ki, maşında ikinci bir şəxs varsa, o zaman mütləq maska taxılmalıdır:
“Maşındakı ikinci adam ailə üzvü belə olsa, taxılmalıdır. Yəni tövsiyyə belə olub. Söhbət təkcə cərimələnməkdən getmir. Bu gün tələb budur. Hər halda hesab edirəm ki, Nazirlər Kabineti Yanında Operativ Qərargahın tələbləri müzakirə edilmədən yerinə yetirilməlidir. Çünki gündəlik yoluxma sayına nəzər saldıqda ciddi narahatlıq doğurur. Həftəsonları avtobusların olmaması, konkret taksi fəaliyyəti ilə məşğul olan şəxslərin iştirakının biz şahidi oluruq. Bu da o deməkdir ki, artıq hər bir vətəndaş tələbləri yerinə yetirməlidir. Bir daha vətəndaşlardan xahiş edirik ki, qaydalara əməl edin. Bu tələblər insanların sağlamlığının qorunması üçün nəzərdə tutulub. İndi mövcud vəziyyətə uyğun hərəkət etmək lazımdır. Müharibəni qələbə ilə tamamladıq. Amma müharibədən sonrakı tələblər də var ki, onlar da yerinə yetirilməlidir. Bunun üçün də sağlam bədən lazımdır. Onu da vətəndaşlar özü etməlidir. Vətəndaşları qorxutmaq kimi fikrim yoxdur. İstəyirəm, onlar bilsinlər ki, bu, onlar üçün nəzərdə tutulub. Virusdan heç kim sığortalanmayıb. “Bilmirdim, eşitməmişəm” kimi cümlələr lazım deyil. Hər kəs tələblərə riayət etməlidir”.

Oxşar xəbərlər

Yol polisindən sürücüclərə XƏBƏRDARLIQ! karantin qaydalarını pozmayın
Sürücülərə 10 manat cərimə xəbərdarlığı
Əhalinin sıx toplaşdığı yerlərdə maskasız şəxslər cərimələnəcək - BŞBPİ xəbərdarlıq etdi
Maska taxmaq vacib olan yerlər (SİYAHI)
Avtomobilində dərman qutusu olmayan sürücüləri cərimə gözləyir - DYP
40 manat cərimələnə bilərsiniz - DYP-dən piyadalara müraciət
"Maska və əlcək taxmayanlar qaydanı pozmuş sayılır" - DİN
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ + VİDEO
DYP-dən piyadalara müraciət
“Polis postları ləğv olunmayıb, sadəcə...“ - Vaqif Əsədovdan AÇIQLAMA
Bakıdakı bazarlar virusa görə bağlanır? - AÇIQLAMA
Azərbaycanda dəhşətli YOL QƏZALARI
“Toylara icazə verilməlidir, bunu ləngitməyin adı yoxdur” - Deputat
Karantin sərtliyi geri qaytarılmalıdır - Diqqət, TƏHLÜKƏ!
“Koronavirus təhlükə olaraq qalır”
"Avqustun 5-dən sonra vəziyyət ciddiləşə bilər" - Açıqlama
Həftəsonu lisenziyası olan taksilər işləyəcək - DİN açıqladı
Hər kəs maska istifadə etsə, koronavirusa yoluxma faizi çox aşağı olar - TƏBİB
Mikroavtobuslar rayona buraxılmır: Taksi iki dəfə bahalaşıb: - “7 nəfər tutumu olanlar gedə bilər, ancaq...”
Taksilər həftə sonları da işləyəcək
Pandemiya bəlası nə zaman səngiyəcək? - GƏLİŞMƏ
Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər
Bakıda avtobus kabusu: Əgər qapılar blok olsa...
Azərbaycanda koronavirusun ikinci dalğası olmaya bilər
Şənbə-bazar şəxsi maşınların hərəkətinə icazə veriləcək - Açıqlama
Marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırıla bilər - RƏSMİ
Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR
Daha neçə il maska taxmalıyıq? – Açıqlama
Bakıda sərxoş qadın polisləri hədələdi