Sabiq nazir: "Çox ciddi çətinliklər meydana gələ bilər"
5-04-2020, 18:17
199

Sabiq nazir: "Çox ciddi çətinliklər meydana gələ bilər"

"Mən özüm ailəmlə birlikdə evdə oturub koronavirus pandemiyasının bitəcəyi günü səbrsizliklə gözləyirik. Bu bəlanın Azərbaycandan tezliklə yox olması üçün yalnız bir yolu var. Evdə oturmaq! Ölkə başçısı İlham Əliyev bu yöndə çağırışlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmək lazımdır".

Bu sözləri Gundelik-baku.com-a açıqlamasında keçmiş təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanov bildirib. 

Sabiq nazir bütün ölkə vətəndaşlarına müraciət edərək bildirib ki, Operativ Qərargahın koronavirusla bağlı qəbul etdiyi qərarlara hamı riayət etməlidir:

"Bu qərarların icrası hansısa adamlar üçün deyil, bütün millət üçün xeyirlidir.  Hər kəs evində oturmalı, bayırda səbəbsiz hərəkət etməməlidir. İnsanlar arasında yaxın təmas məhdudlaşdırmalıdır. Bu bəladan tezliklə yalnız belə yaxa qurtarmaq olar. Əks halda, Avropa ölkələrində, ABŞ-da olduğu kimi, vəziyyət getdikcə pisləşəcək. Görürsünüz ki, gündən-günə Azərbaycanda koronavirus xəstələrinin sayı artır. Xəstələrin sayı belə arta-arta çox ciddi çətinliklər meydana gələ bilər. Xəstəxanalarda yerlər çatışmaz, həkimlər çox ciddi problemlərlə üzləşəcərlər. Ona görə də bu virusun qarşısının alınmasında bir düzgün yol, çarə dövlətin müvafiq qurumlarının qəbul etdiyi qərarlara əməl etmək lazımdır. Mütləq hər bir vətəndaşımız bu istiqamətdə görülən tədbirləri başa düşməli, deyilənləri dinləməli və buna əməl etməlidir. Bu virusun sona çatdırılmasında başqa yol görmürəm".

M.Mərdanov Prezident İlham Əliyevin bir başa rəhbərliyi altında koronavirus səbəbindən iqtisadi, sosial sahələr üzrə əziyyət çəkənlərlə bağlı vacib addımların atıldığını da bildirib:

"İnşallah, tezliklə bu bəla ölkəmizdən gedəcək, Azərbaycanımız daha da çiçəklənəcək. Vətəndaşlarımız xoşbəxt, firavan, sağlam ömür sürəcəklər".  

Oxşar xəbərlər

Misir Mərdanovdan maraqlı etiraf - "Özüm müraciət etmişdim"
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
Dərslər çox güman belə keçiriləcək - Təhsil komitəsinin sədr müavini açıqladı
Baş infeksionistdən vətəndaşlara kafe və restoranlarla bağlı müraciət
Bu şəxslərin metroda işləməsi qadağandır - RƏSMİ
“Onlara inzibati deyil, ciddi qanunlar tətbiq edilməlidir” - Sabiq baş nazirdən ÇAĞIRIŞ
Azərbaycan polisindən Neftçi-Qalatarasay oyunu haqda açıqlama
Toyların keçirilməsinə icazə verilə bilər - 150-200 nəfərlik
Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR - Hələ 5-6 ay...
Operativ Qərargah vətəndaşlara müraciət edib
"Avqustun 5-dən sonra vəziyyət ciddiləşə bilər" - Açıqlama
DİN "Neftçi" - "Qalatasaray" qarşılaşması ilə bağlı vətəndaşlara müraciət edib
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ + VİDEO
Kafe və restoranlar açılmalıdır — Rəsmi açıqlama
Yumşalmaya getdiyimiz üçün artmalar gözləniləndir - AÇIQLAMA
TƏBİB-dən karantin günlərində toyların keçirilməsi ilə bağlı açıqlama
3 uşaq koronavirusa yoluxub – Azərbaycanda
Neftçilər Xəstəxanasının qəbul etdiyi koronavirus xəstələrinin sayı AÇIQLANDI
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
Hadı Rəcəbli Operativ Qərargah-ın qərarını "əzib keçdi" - Sabiq deputat bu gün nəvəsinə toy edir
Qubada karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib
Rusiyada vaksinasiya hərbi yolla aparıla bilər
Bugün Operativ Qərargahın brifinq keçiriləcək
Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - AÇIQLAMA
Nazir yeni tədris ilinin başlanma tarixini açıqlayacaq
Nazir ictimaiyyətə müraciət edib
Tədrisin davamlı olması qaydalara riayət etməyimizdən asılı olacaq - Təhsil naziri
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir - Canlı yayım
Azərbaycana giriş-çıxış və yerli hava uçuşları DAYANDIRILDI