Deputat açıqladı: “Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər”
5-04-2020, 20:23
263

Deputat açıqladı: “Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər”

Mart ayında məhkəmələrdə növbətçi hakimlər tərəfindən məhkumların işlərinə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb. Bununla bərabər İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə məhbusların azadlığa buraxılması xahişi ilə Prezident Administrasiyasına müraciət edilib.

Dünya ölkələrində də pandemiya ilə bağlı amnistiya məsələsi daha çox gündəmdədir. Amnistiyanın daha artıq məhbusu əhatə etməsini nəzərə alınaraq, Azərbaycanda da bunun tətbiq olunması barədə fikirlər səsləndirilir.

Bu barədə Modern.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Tahir Kərimli xatırladıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva millət vəkili olarkən, bir neçə dəfə amnistiya təklifi irəli sürüb və reallaşıb. Deputatın sözlərinə görə, amnistiyalar hər dəfə təxminən 10 min nəfərə yaxın məhbusu əhatə edirdi:

"Bu şərti cəzalar idi və müəyyən kateqoriya məhbuslara aid edilirdi. Bundan əlavə Prezident İlham Əliyev də dəfələrlə əfv fərmanları imzalayıb. Əfv zamanı ilə hər dəfə yüzlərlə insan azadlığına qovuşub. İndi koronavirusa görə bir qrup məhbus azadlığa buraxıldı. Lakin yalnız məhkəmə qaydası ilə bu, təsdiq edildi. Ədliyyə Nazirliyinin təqdimatları əsasında məhkəmələr həmin şəxslərin cəzalarının şərti hissəsini götürdülər və ya yüngülləşdirdilər. Həqiqətən, respublika üzrə amnistiya elan etməyin mümkün olduğunu düşünürəm. Bu barədə ombudsman da, qanunvericilik təşəbbüsü olan digər strukturlar da təklif irəli sürə bilərlər”.

T.Kərimli hesab edir ki, amnistiya nəticəsində minlərlə məhbusun azadlığa çıxması cəmiyyət tərəfindən də çox müsbət qarşılana bilər:

"Amnistiya qərarı bir çox problemlərin, o cümlədən siyasi məsələlərin də həllinə kömək edə bilər. Açığını qeyd edim, bəzən görürük ki, daha ağır formada qeyri-cinayət törədənlər azadlıqdadır, amma cəmiyyət üçün nisbətən az təhlükəli şəxslər diqqətdən qaçıblar. Qadınlar, yeniyetmələr və s. insanlar var ki, azadlığa çıxması uyğun ola bilər. Amnistiyanı Milli Məclis qəbul edir  və daha kütləvi insanları əhatə edir. Ona görə, biz deputatlar da bəzən aramızda bu barədə söhbətlər aparırıq. Hesab edirəm ki, amnistiya haqqında təklif irəli sürülə bilər”.

Oxşar xəbərlər

“Yeni əfv siyahısı Prezidentə təqdim ediləcək” - MÜJDƏ
Siyavuş Novruzov da Tofiq Yaqublunun azad edilməsini istəyir
Milli Məclisin deputatlarına tapança verilib?
Sərt karantin günlərində azadlığa buraxılmış şəxslər evlərinə necə gedəcək? - AÇIQLAMA
Bu gün Milli Məclisdə payız sessiyasının ilk iclasıdır — Deputatlar nəyi müzakirə edəcək?
BNA rəhbəri 20 nəfəri işdən çıxardı - Deputat işə qarışdı
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
Deputat DİN-i tədbir görməyə çağırdı
Deputatları cəzalandıran komissiya toplanır
Mehriban Əliyeva Sami Yusufa Prezidentin fəxri diplomunu təqdim etdi
Məzahir Pənahov yola salınır: Sayılı günlər qaldı
Rafael Cəbrayılov deputat mandatından imtina etdi
General Əzimov Almaniyada qeyri-qanuni yaşayan azərbaycanlıların sayını açıqladı
Azərbaycanda bu tələbələrə 250 manat təqaüd verilə bilər - AÇIQLAMA
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
Milli Məclisin yeni şöbəsindən gözləntilər: “Problemlər zamanında həllini tapacaq”
Siyavuş Novruzov bir müddətliyə “qeybə çəkilib” - zənglərə cavab vermir
Birinci vitse-prezident İsmayıllıya səfər edib
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! - FOTO
“Sosial yardımın yerinə uşaq pulu verilsin!” – Parlamentə şikayətlər çoxalıb
“Koronavirus pandemiyası könüllülük prioritetlərinin də miqyasını genişləndirib”
Mehriban Əliyeva şahmatçı Aydın Süleymanlını təbrik edib
“Hər uşaq üçün ən azı 100 manat verilməlidir” - Təklif
"Ölkədə belə bir qanun yoxdursa, bu o demək deyil ki, xəstənin şikayətinə baxılmamalıdır” - deputat
Uşaq pulu hansı ailələr üçün bərpa olunur? - AÇIQLAMA
“Yeni təyin olunan rektorlar arasında ciddi rəqabət gedir” - Deputat
“İcra başçılarının həbsləri vicdanını itirmiş digər məmurlara mesajdır”
"Heydər Əliyev Fondu  ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb"
Tahir Kərimli Bakıda qadınların aksiya keçirməsindən danışdı: “Əxlaqsızlıq edirlər”