Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
24-11-2020, 12:43
57

Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilməsi barədə açıqlama yayıb. 
N.Müseyibli bildirib ki, bir neçə gün əvvəl Azərbaycan hərbçiləri Xocavənd rayonunun işğaldan azad edilən Azıx kəndindəki evlərdən birinə baxış zamanı üzərində “Azıx” yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar etmələri barədə Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat veriblər. Bununla əlaqədar olaraq İnstitut tərəfindən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və AMEA-nın rəhbərliyi məlumatlandırılıb.
Məlumat mühüm əhəmiyyət kəsb etdiyi üçün təcili olaraq DTX-nin nümayəndəsi ilə birgə İnstitutun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov həmin rayona ezam olunub. Yerində baxış zamanı müəyyən olunub ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar qablaşdırılıb. Bunların əksəriyyəti qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı bu tapıntılar dünən axşam Bakıya gətirilərək İnstitutun Arxeoloji Fondunda yerləşdirilib.
Maraqlıdır ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri aşkar olunub. Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycandan çıxarmağa imkan tapmayıblar. Amma qanunsuz qazıntıların bütün tapıntılarının hamısının burada olub-olmadığı da məlum deyil.
Müseyiblinin bildirdiyinə görə bütün bu tapıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq, təhlil ediləcək, bu barədə Prokurorluğa və geniş ictimaiyyətə ətraflı məlumat veriləcək.

Oxşar xəbərlər

Azad olunan kəndlər arasında Azıx da var
Azıx mağarasından yeni görüntülər yayılıb - Video
Mədəniyyət Nazirliyi, eşidirsiniz: 8 min illik tarix məhv olur - Foto
Şabranda yeni tarixi tapıntılar aşkar olunub - Video
Ermənistanın talançılığı ilə bağlı istintaq qrupu yaradılıb
AMEA-da plagiatlıq edən direktorun yerinə TƏYİNAT
AMEA-da direktor xanım buna görə İŞDƏN ÇIXARILDI
Xocavəndin işğaldan azad olunan kəndlərindən ilk görüntü - VİDEO
Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib
Şabranda erkən tunc dövrünə aid saxsı qablar, əmək alətləri və qoç fiquru aşkarlanıb - Foto
Ramiz Mehdiyevdən yeni TƏYİNAT
İşğaldan azad olunan ərazilərə vurulan zərər müəyyənləşdirilir
Azərbaycanda yüksək vəzifəli şəxs koronavirusdan öldü - FOTO
“Qarabağ: rayon və şəhərlərin tarixi” kitabı çap olundu
Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni direktor təyin olunub - Foto
Ramiz Mehdiyev ağ xalatda - baş onkoloq AMEA-ya gəldi və...
Qarabağ və ətraf rayonlarda dağıdılan məscidlərin sayı açıqlanıb
Daha 23 kənd işğaldan azad edildi - Prezident bəyan etdi
AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq – SƏRƏNCAM
Hərbçilərin görüntüləri ilə bağlı cinayət işi açıldı
BDU-nun tanınmış müəllimi vəfat etdi - FOTO
Nəsib Quliyev  vəzifəsindən azad edildi
Professora TƏBİB-də vəzifə verildi - Foto
AMEA əməkdaşlarına məqalələri kim yazdırır? – Mehdiyevin yeni həmləsi
Əli Əsədov bu şəxsə vəzifə verdi - FOTO
Ramiz Mehdiyev AMEA-nın mühafizəsini məşhur “generala” tapşırdı
Ramiz Mehdiyevin dissertasiya işi yararsız olduğundan... - İTTİHAM
"İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir? – Atası AMEA-da işləyir
Erməni hakerlər Qırğızıstan KİV-nə hücum edib
Prezidentdən yeni tvit: Daha 9 yaşayış məntəqəsi işğaldan azad olunub