Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində narkotik ticarəti ilə əlaqədar həbs olunan məhbusun mütəmadi olaraq “Whatsapp” əlaqəsi yaratdığı aşkar olunub.
Stopnarkotik.az etibarlı qaynaqlara istinadən xəbər verir ki, adını müəyyən səbəblərdən qeyd etmədiyimiz həmin məhbus sonuncu dəfə bir neçə gün öncə digər həbsxanada cəza çəkən və narkotik üstündə həbs olunan tanışı ilə danışıb.
Penitensiar Xidmətin əməkdaşları onu da aşkara çıxarıb ki, sözügedən məhbus həmin vaxtadək “Whatsapp” vasitəsilə istər həbsxanada, istər də azadlıqda olan bir çox tanışları ilə daimi əlaqələr yaradıb. Hətta onun xarici ölkələrlə danışıqlar apardığı da istisna olunmur.
Nəzərə alsaq ki, 8 saylı cəzaçəkmə müəssisəsi “osobıy” (xüsusi – red.), yəni ən ağır rejimli həbsxana hesab olunur, şübhəsiz, burada belə bir faktın aşkarlanması analoqu olmayan hadisədir. Təbii ki, müxtəlif həbsxanalarda cəza çəkən imkanlı məhbusların içərisində peyk antenaya qoşulan televizor, telefon, “wfı” və s. olan otaqlarda qaldığı və bunun üçün rəhbərliyə külli miqdarda pul ödədiyi haqda indiyədək çoxsaylı faktlar aşakara çıxarılıb. Lakin söhbət ciddi rejimli 8 saylı cəzaçəkmə müəssisəsindən gedirsə, üstəlik məhbus narkotik ticarəti ilə bağlı həbs olunubsa, bu məsələyə heç də sıradan bir olay kimi yanaşmaq olmaz. Və çox təəssüf ki, bu fakt yenə də, son vaxtlar bir çox qanunsuzluqların aşkar olunduğu Penitensiar Xidmətə məxsus həbsxanada baş verib.
Bəllidir ki, son bir neçə il ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı ciddi mübarizə aparılır. Hüquq mühafizə orqanlarının bu mübarizə çərçivəsində demək olar ki, hər gün onlarla narkotik alverçisini həbs etdiyi kimsəyə sirr deyil. Lakin, təəssüf ki, ölkəmizdə narkotik biznesi daha da “çiçəklənir”. Üstəlik, cəzaçəkmə müəsissələrində də açıq-aşkar narkotik alverinin getdiyi haqda informasiyalar var. Belə bir vəziyyətdə narkotik ticarəti ilə əlaqədar həbsdə yatan şəxslərin bir-biriləri ilə maneəsiz danışmaları yolverilməzdir.
Ən təhlükəli məqam isə odur ki, İran tərəfindən Azərbaycana qarşı “narkotik savaşı”nın həyata keçirildiyi indiki dönəmdə narkotik üstündə cəza şəkən şəxslərə istədikləri ölkə ilə sərbəst danışıq imkanı yaradılır. Zənnimizcə, bu tip insanlara telefon vasitəsilə, xüsusən də “Whatsapp”la sərbəst danışıq imkanının yardılması dövlətimizə və xalqımıza qarşı xəyanətdir. Hesab edirik ki, hüquq mühafizə orqanları bu məsələni ciddi şəkildə araşdırmalı və müvafiq tədbirlər görməlidir.
P.S. Mövzu ilə bağlı araşdırmamız davam edir. Daha ətraflı məlumat verməyə çalışacağıq.
Stopnarkotik.az
8 SAYLI ÇƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ ŞOK OLAY - Narkotiklə bağlı həbs olunan məhbus “Whatsapp” vasitəsilə istədiyi şəxs və ölkə ilə əlaqə yaradıb...
20
iyun
10:01

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakıda həbsxanada 22 yaşlı məhbus öldü - 4 illik cəza almışdı
11 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İDDİA
Əfv sərəncamı 1 saylı cəzaçəkmə müəssisəsində icra olundu
1 saylı Cəzaçəkmə Müəssisəsindən 13 nəfər azadlığa buraxıldı - FOTO
Bakıda əsgər özünü alnından güllələyib öldürdü
16 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İTTİHAM
Həbsdə olan qardaşına telefon keçirmək istədi
Nəzarətçi məhkumun ailə üzvü olan xanımla tanış olmaq istədi, vəziyyət qarışdı… - PENİTENSİAR XİDMƏTİN 1 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ QALMAQAL
Azərbaycanda qadın məhkumların sayı AÇIQLANDI
Türkiyə vətəndaşı əfv edilərək azadlığa çıxdı
Bakıda biznesmen həbsxanada ÖLDÜ
Əfv Sərəncamı 11 saylı Cəzaçəkmə Müəssisəsində icra olundu
Həbsxanaya hamam süngərinin içində narkotik keçirməyə cəhd edildi
Narkotiki şalvara hopturub türməyə keçirmək istədi
6 saylı Cəzaçəkmə Müəssisəsində nə baş verir? - İDDİA
Qətlə görə həbs edilən şəxs həbsxanada İNTİHAR ETDİ
Yetkinlik yaşına çatmayan məhkumların sayı AÇIQLANDI
2 saylı Cəzaçəkmə Müəssisəsindən ŞİKAYƏT VAR - “Müdaxilə olmasa, atam öləcək”
Azərbaycanlı dünya çempionu yenidən həbs edilə bilər
13 saylı cəzaçəkmə müsəssəsində YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR!
Həbsxanaya şorun içində narkotik keçirmək istədi
4 saylı cəzaçəkmə müəssisəsindən üç qadın məhkum azad edildi
2 saylı Cəzaçəkmə Müəssisəsində ÖZBAŞINALIQ - “Oğluma təzyiq göstərdilər ki, mən şikayətimi geri götürüm”
Penitensiar Xidmətin Müalicə müəssisəsinə narkotik keçirmək istədilər
Cəzaçəkmə müəssisəsinə çörəyin içində narkotik keçirməyə cəhd edildi
Məhkumlara qeyri-adi üsulla narkotik keçirtmək istədilər - FOTO
Məşhur narkobaron həbsdə öldü - BAKIDA
Bakı həbsxanasında daha bir məhkum öldü
İranda həbsxanada qarşıdurma: 1 məhbus ölüb
Türmə yoldaşına toyuqda narkotik apardığı üçün də həbs edilibmiş
- 46 yaşlı aktyor yuxuda olarkən vəfat etdi - FOTO
- Nahar zamanı 3 yaşlı bacısını bıçaqladı
- 21-ci əsrin ilk onilliyinin ən yaxşı futbolçuları - SİYAHI
- Zəncəfil bu insanlar üçün ZƏRƏRLİDİR
- Bu beş lider dünyanın sonunu yaxınlaşdırır - Vaynşteyn
- 30 il sonra qalıqları tapılan hərbçimiz dəfn olundu - FOTOLAR
- İstanbulda partlayış - Ölən və yaralananlar var
- “Bu gün bizə yaltaqlanan ermənilər 1988-ci ildə Xankəndidə...” - Xalq artisti sirləri açdı
- “WhatsApp” daha bir yeniliyi təqdim etdi
- Tarzən şəhid olan 20 yaşlı tələbəsinin FOTOlarını paylaşdı
- Rusiya müdafiə büdcəsini 68 faiz artırır
- Növbəti ildən hansı xəstəlikdən əziyyət çəkənlərə dərman veriləcək?
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər