Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrıldı - SƏRƏNCAM
24-11-2020, 22:57
101

Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Gündəlik Bakının məlumatına görə, sərəncamda deyilir:
"2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış, Ağdam rayonunun erməni təcavüzünə məruz qalmış bütün əraziləri də işğaldan azad edilmişdir.
Rayonun 27 il ərzində işğal altında saxlanılmış ərazilərində, Ağdam şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələri, o cümlədən həyati vacib təsərrüfat sahələri, yaşayış evləri tamamilə dağıdılmış, ətraf mühitə, tarixi-mədəniyyət və dini abidələrə ciddi ziyan vurulmuşdur.
Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində son illərdə müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülmüş, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası və digər sosialyönümlü obyektlər tikilmiş, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunmuş, xalçaçılıq müəssisəsi yaradılmışdır. 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilmiş, qaz, elektrik, içməli su xətləri çəkilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, digər mühüm layihələr həyata keçirilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə qərara alıram:
Ümumi uzunluğu 45,0 kilometr olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən dəmir yolu xəttinin tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Oxşar xəbərlər

Ermənilər Ağdərənin bu kəndlərini də boşaltdı – Təhvil verilir
Ağdam Dövlət Dram Teatrı işğaldan əvvəl və sonra (FOTO)
Ermənistan ordusu Ağdam rayonunu tam boşaldıb – RƏSMİ
İlham Əliyev Qubada yol tikintisinə pul ayırdı
Cəbhə xəttində erməni təxribatı davam edir
Prezidentdən 6 min nəfəri sevindirəcək SƏRƏNCAM
Ağdamın azad edilməsi Türkiyədə də alqışlanır
İşğaldan azad olunan ərazilərə vurulan zərər müəyyənləşdirilir
Əfqanıstan səfiri Azərbaycan xalqını təbrik edib
Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib
Ermənilər mövqelərimizi atəşə tutub
Bakıda yol çəkilməsinə 1,9 milyon manat ayrıldı - SƏRƏNCAM
Ağdam işğaldan azaddır - Ordumuz rayona daxil oldu
Ağdam və Ağcabədinin minalardan təmizlənməsinə başlanıldı
Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı
Cəbhə xəttində erməni təxribatı davam edir
Ermənilər Ağdamda 97 ev və obyekti dağıdıb
Xan Şuşinski adına Ağdam Musiqi Məktəbinin direktoru Xətayə xanım xətayə yol verir -Məktəbdə dərs saatları satılır...
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Məcburi köçkünlərlə bağlı 55 milyonluq TENDER
İlham ƏIiyevdən 13,4 milyonluq SƏRƏNCAM
Prezident Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollardan DANIŞDI
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
Cəbhə xəttində erməni təxribatı davam edir
Ağdamda komendant saatı tətbiq olunacaq
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib
Ermənilər atəşkəs rejimini sutka ərzində 57 dəfə pozdu
Düşmən Ağdam rayonunu atəşə tutur - Müdafiə Nazirliyi
Prezidentdən 12,5 milyonluq sərəncam