Tərtərdə ziyan dəymiş 796 obyektə baxış keçirilib
24-11-2020, 19:11
131

Tərtərdə ziyan dəymiş 796 obyektə baxış keçirilib

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Digər cəbhəyanı rayonlar kimi Tərtər rayonunda da Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi işləri həyata keçirilir.
Tərtər rayonu üzrə işçi qrupun rəhbəri Qubad Heydərov bildirib ki, ilkin məlumata görə Tərtər rayonunun 40 yaşayış məntəqəsində 4 mindən çox obyektə ziyan dəyib. Tərtər rayonunda üç işçi qrup fəaliyyət göstərir. Artıq Tərtər şəhərində, 4 kənddə və 1 qəsəbədə ziyan dəymiş 796 obyektə, o cümlədən 611 fərdi evə, 147 mənzilə, 5 qeyri-yaşayış sahəsinə, 23 sahibkarlıq obyektinə, 6 sosial, 4 inzibati obyektə baxış keçirilib. Dəymiş ziyan qeydiyyata alınıb, aktlar tərtib edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 6-da "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Ermənistan silahlı qüvvələrinin zərər vurduğu şəhər və rayonlara ezam olunublar. (Azərtac)

Oxşar xəbərlər

Erməni təxribatı nəticəsində əhaliyə dəymiş ziyan hesablanır
Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA
Ermənilər indiyədək Tərtərə 15 700 top atıb
Tərtərdə son vəziyyət: Bir tərtərli belə yaşadığı evi tərk etməyib
Ermənilərin mülki əhaliyə vurduğu ziyanın statistikası AÇIQLANDI
Ermənilər Tərtəri artilleriya atəşinə tutdu, evlər dağıldı
Düşmənin atdığı mərmi Ağdamda evə düşdü
Ağdam raket atəşinə tutulub, dağıntılar var - Fotolar
“DSMF-nin Tərtərdəki binası tamamilə dağılıb” - İcra başçısı
Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 14 nəfərə çatıb
Düşmən təcavüzü nəticəsində daha 1 məktəbə ziyan dəydi
Ermənilər Ağdamda 97 ev və obyekti dağıdıb
Ermənistan təxribatının məktəblərə vurduğu ziyan
Leysan Xaçmazda 20-dən çox evi dağıdıb, avtomobil körpüləri yararsız vəziyyətə düşüb
Ermənilər yaşayış evlərini, xəstəxanaları atəşə tutur - RƏSMİ
Düşmən atəşi nəticəsində Ağdamda daha iki mülki şəxs yaralandı
Ermənilərin atdığı mərmi İranla sərhəddə yanğına səbəb oldu
Düşmən Tərtərin Şıxarxı qəsəbəsinə top mərmiləri atıb (FOTOLAR)
Ermənilər Tərtərə növbəti dəfə top atdı - 2 mülki şəxs yaralandı
Ermənilərin Tərtərdə toplarla dağıtdığı evlər - FOTOLAR
Düşmənin Tərtərə atdığı mərmi evi dağıtdı - FOTO
Tərtər, Ağdam və Ağcabədi artilleriya atəşinə tutuldu
Erməni təxribatları nəticəsində 10-u uşaq olmaqla 65 nəfər həlak olub
Ermənistan ordusu Goranboy, Tərtər və Bərdəni artilleriya atəşinə tutur
Düşmən Tərtər və Goranboyu intensiv atəşə tutur
Tərtər və Ağcabədi atəşə tutulur
Tərtərdə evə mərmi düşdü, xəsarət alan var - Rəsmi açıqlama
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
Düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutur - Müdafiə Nazirliyi
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutuldu