KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
4-04-2020, 21:47
182

KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, bu gün KİVDF-yə yeni icraçı direktor təyin olunub.
"GUNDELİK-BAKU.COM"un məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı ilə sözügedən vəzifəyə gətirilən Əhməd Məhəmməd oğlu İsmayılov daha öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.
Yeni vəzifədə Vüqar Səfərlini əvəzləyən Ə.İsmayılov 1980-ci ildə anadan olub.
2002-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisaslaşması”  ixtisası üzrə magistr dərəcəsi alıb.
2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim, 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi, 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.
 2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə Aparat rəhbəri vəzifəsində çalışıb.
20 iyun 2018 – ci il tarixdən Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb. 2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının “Dənizçilər” İlk Ərazi Təşkilatının sədri olub.
O, 2019-cu ildən etibarən Heydər Əliyev Fondu “Regional İnkişaf” İctimai Birliyində ekspert vəzifəsində çalışır.
Ailəlidir.

Oxşar xəbərlər

Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
“Günay Sığorta”da yeni TƏYİNAT
Saatlıya təyin olunan icra başçısı kimdir?
Prezident Baş prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyini irəli sürdü - FOTO
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olunub
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Mikayıl Cabbarovdan yeni təyinat
Prezidentdən gəncləri sevindirəcək QƏRAR: Bütün lazımi dəstək göstəriləcək
Mehriban Əliyeva üçün özəl gün
Ramiz Mehdiyevin qızı kimdir? - Fotolar
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
İlham Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış oldu — Fotolar
Jurnalistlərin binasında yoxlama başladı - Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər
Rusiyanın böyük rabitə şirkətinə azərbaycanlı rəhbərlik edəcək
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Ramiz Mehdiyev kürəkəninin polkovnik qardaşına AMEA-da yüksək vəzifə verdi
Yeni icra başçısı İTV-nin əməkdaşı olub
Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi
Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat
Baş nazirin sabiq birinci müavini Abbas Abbsov saxlanıldı
Mədəniyyət Nazirliyində kadr təyinatı
Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar
Sahil Babayevdən yeni TƏYİNAT
Əli Əsədov bu şəxsə vəzifə verdi - FOTO
Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi