Ermənilər Laçın yoluyla gedib-gəlməkdən qorxur - Azərbaycan ordusu 2 km-likdədir
25-11-2020, 10:39
141

Ermənilər Laçın yoluyla gedib-gəlməkdən qorxur - Azərbaycan ordusu 2 km-likdədir

Xəbər verildiyi kimi, bu gün- noyabrın 25-dən Kəlbəcər rayonu erməni işğalçı qüvvələri tərəfindən tamamilə boşaldılaraq Azərbaycana təhvil verildiyi üçün həmin rayondan qəsbkar Ermənistan ərazisinə keçən yollar bağlanır. 

Rusiya mediasına açıqlama verən ermənilər Rusiya sülhməramlılarının da  nəzarət etməsinə rəğmən İrəvandan Qarabağa gələn hazırda yeganə Gorus-Laçın-Şuşa-Xankəndi yoluyla gəlib-getməyə ehtiyat etdiklərini bildiriblər. 

Laçında rus dili müəllimi işləmiş  Armen Movsesyan deyir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri şəhərin hər iki tərəfində  cəmi 2-2,5 kilometr məsafədədir. Demarkasiya (ayrılma) xəttində rus sülhməramlılarının olmasına baxmayaraq Movsesyan qorxduqlarını bildirir. 

"İndi Laçın şəhərində 200-dən az erməni qalıb, əksəriyyəti kişilərdir. Müharibədən əvvəl burada, ən azı, 2 min erməni yaşayırdı. Bu gün orada yaşamaq qeyri-realdır, hər zaman qorxu içində yaşamaq qeyri-realdır. Və bir çoxları belə düşünür"- Laçında on illərlə qeyri-qanuni məskunlaşmış erməni  belə deyir. 

“CivilNet” nəşrinin jurnalisti Lika Zaxaryan Xankəndinə Kəlbəcər vasitəsilə  qayıdıb. 

"Hələ Laçın yolu ilə getməmişəm, çünki  həmin yolla  getməkdən qorxuram. Kəlbəcər yolu bağlanandan sonra yalnız bu yola sahib olacağıq. Ancaq heç kim 100% təhlükəsizliyə zəmanət verə bilməz. İstənilən vaxt, gecə-gündüz bir təxribat gözləmək olar, xüsusən də nəzarət postları arasındakı yolda. Daimi qorxu içində yaşamağa məhkumuq. Biz Xankəndində belə, özümüzü təhlükəsiz hiss etmirik..."-deyə erməni jurnalist vurğulayıb.

Oxşar xəbərlər

Şuşa-Laçın yolu bağlandı: Ermənilər açıqlama yaydı
Ermənilər Laçından qaçır - BBC
Ermənilər Laçını tərk edir
Şuşa-Laçın yolunda döyüşlər: - Düşmənin nəfəsi kəsilir
Erməni “qaçqınlar” Xankəndinə yerləşdirilir
Erməni mediası Şuşa haqda nə yazır? – Noyabrın 9-da…
“Laçın və Şuşaya çox yaxınıq, ermənilərin son çırpıntılarını görürük” - TƏHLİL
Laçın yolunu Ermənistanın özü bağlayıb - Hikmət Hacıyev
Laçın dəhlizində azərbaycanlıların görünməsi Ermənistanda panika yaratdı
Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
Azərbaycan Ordusu Kəlbəcərə daxil olmağa başlayıb – Türk mediası
“Arutunyanın bacısı Azərbaycanda yaşayır, istəsəniz görüşün” - İlham Əliyev
Laçın dəhlizi nəzarətə götürüldükdə düşmənin şah damarı kəsiləcək – Polkovnikdən AÇIQLAMA
80 nəfər jurnalist Xankəndindən çıxa bilmir? - AÇIQLAMA
Rusiya sülhməramlıları erməni tərəfində isterika yaradıb - Foto
Xankəndi-Şuşa-Laçın yolu açıq elan edildi - VİDEO
"Ermənilər Laçın dəhlizinin tezliklə açılacağını desələr də..." - Müharibə artıq Xankəndinə çatıb
Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib…”
Ermənilər Laçın və Xankəndindən QAÇIR
Laçın-Şuşa yoluyla Rusiyaya məxsus “Qrad” daşınır?
Rusiya MN: Laçın dəhlizində minalardan təmizlənmə işləri aparılır
Bu erməni qızı Beyrutdan gəlib  Kəlbəcərin kəndində müəllimlik edir...-FOTOLAR...
Qarabağda ermənilərlə ruslar arasında atışma – Son dəqiqə
Ermənilər rus sülhməramlılara qarşı: Kim Putinə ümid edirsə...
Rusiyalı sülhməramlılar Laçın dəhlizində ilk postu qurdular - FOTO
Rusiya helikopertlıəri Xankəndi səmasında...
“Şuşa və Xankəndidəki Ermənistan hərbçiləri mühasirəyə alınıb” - Geriyə yol yoxdur
Laçın dəhlizindəki sülhməramlıların yeni VİDEOSU yayıldı
44 günlük Qarabağ müharibəsi... – Qalib Azərbaycandır