Bu gün Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun toyudur.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə o rəhbərlik etdiyi qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin xanım əməkdaşı ilə ailə qurur. 
Bu, F. Alməmmədov və eyni zamanda xanımının ikinci evliliyidir. 
Mərkəz rəhbərinin birinci həyat yoldaşı ilə boşanması isə qalmaqallarla müşahidə olunub. Məlumatlı şəxs bildirir ki, mərkəz direktorunun keçmiş qayınatası ona bahalı avtomobil hədiyyə edibmiş. Qızı ilə boşanandan sonra o hədiyyə etdiyi avtomobili geri qaytarmağı tələb etsə də, F. Alməmmədov buna məhəl qoymayıb. Vəziyyəti belə görən qayınata avtomobili tibb mərkəzinin parkinqindən evakuatorla aparmalı olub. Hadisə tibb personalının gözü qarşısında baş verib və komik durum yaranıb. 
Xatırladaq ki, bir neçə gün əvvəl qızına dəbdəbəli toy məclisi təşkil etdiyi üçün TƏBİB rəhbəri Vüqar Qurbanov medianın gündəminə gəlmişdi. Bu hərəkətinə görə onun haqqında tənqidlər hələ də səslənməkdə davam edir. Hətta bəzi xəbərlərə görə bu məclis TƏBİB rəhbərinin kariyerasının sonunu da gətirə bilər. İnternetdə açıq mənbələrdə F. Alməmmədov Vüqar Qurbanovun ən yaxın adamı kimi təqdim olunur. Eyni zamanda tibb mərkəzinin rəhbəri haqda çoxsaylı neqativ informasiyalara da rast gəlmək mümkündür.