Şəxsi avtomobildə maska taxılması məcburidirmi? – “Mənasız bir şeydir”
26-11-2020, 09:58
506

Şəxsi avtomobildə maska taxılması məcburidirmi? – “Mənasız bir şeydir”

2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunub. Bununla da, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. Bu tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Bəs, şəxsi avtomobildə ailə üzvləri varsa, maska taxılması məcburidirmi?
Mövzuyla bağlı hüquqşünas Ələsgər Məmmədi açıqlamasında, fərdi maşında ailə üzvləriylə birlikdə olan zaman maska taxmağın mənasız olduğunu deyib:
“Söhbət bir-biriylə ünsiyyətdə olmayan şəxslərdən gedir. Sistematik olaraq, bir yerdə yaşamayan şəxlər nəzərdə tutulur. Yəni, bir ailə bir evdən çıxırsa, bir masada yemək yeyirsə və sonra da bir maşında gedirsə burda yoluxma ola bilməz. Əgər maşında maska taxılırsa, o zaman evin daxilində də ailə üzvləri maska ilə hərəkət etsinlər… Mənasız bir şeydir. Bu, ictimai yerlərdə, nəqliyyatlarda və taksilərdə tətbiq olunmalıdır. Taksi sürücüləri daim hərəkətdə olurlar və sərnişinlərin daşınmasını həyata keçirdir. Burda maskadan istifadənin zəruriliyi nəzərdə tutula bilər. Əgər, sürücü maşınında ailə üzvləriylədirsə, burda maskadan istifadənin tələb olunması mənasızdır. Eyni zamanda, bunun tələb olunması belə qanunsuzdur. Nazirlər Kabinetinin qərarında yalnız ictimai nəqliyyat və taksilər nəzərdə tutulub. Fərdi avtomobillərdə şəxsin ailə üzvləriylə bağlı heç bir məhdudiyyət yoxdur. İctimai yerlərdə və taksilərdə olanlar üçün maska taxılması məcburidir.Düşünürəm ki, yoluxmanın daha da artmaması üçün, sərt tədbirlərin görülməsi zəruridir”.
DİN-in Mətbuat Xidmətindən, avtomobil idarə edən şəxs tək və yaxud ailə üzvləri ilə birgə olduqda maskadan istifadənin məcburi olmadığı bildirilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

Oxşar xəbərlər

Açıq məkanlarda da maska məcburi oldu
Açıq havada qoruyucu maska taxmayanlar cərimələnəcək
Xüsusi karantin qaydaları bu gündən qüvvəyə minib
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Maska taxmaq vacib olan yerlər (SİYAHI)
Açıq havada tibbi maska taxmaq məcburi olacaq
Diqqət: Azərbaycanda maska taxmayanlar bu məbləğdə cərimə olunacaq
19 aylıq uşaq maska taxmadığı üçün ailəsi təyyarədən endirildi - FOTO
Vaqif Əsədov: “Sürücülər belə halda maska taxmaya bilər
Azərbaycanda maska cəriməsi: - Harda "maskalanmaq" məcburidir?
"Maska və əlcək taxmayanlar qaydanı pozmuş sayılır" - DİN
“Maskanın düzgün taxılmaması yoluxma sayını artıra bilər” - Akif Qurbanov
Metrodan istifadə ilə bağlı YENİ QAYDALAR
Bir avtomobillə bir neçə ailə üzvü gedirsə, hər biri üçün ayrılıqda icazə alınmalıdır - RƏSMİ
Şənbə-bazar şəxsi maşınların hərəkətinə icazə veriləcək - Açıqlama
“Qara maska” xəbərdarlığı: “Heç bir qoruyuculuğu yoxdur”
Anbarda qalan 10 milyon maska: - Yerli maska niyə satılmır?
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
Pandemiya bəlası nə zaman səngiyəcək? - GƏLİŞMƏ
Azərbaycanda maskalardan istifadə ilə bağlı nəzarət gücləndirildi
Mingəçevirdə yol polisi ictimai nəqliyyatda reyd keçirib
ATV izləyicilərini aldadır? - Qalmaqal
Hər kəs maska istifadə etsə, koronavirusa yoluxma faizi çox aşağı olar - TƏBİB
Maska və əlcəkdən istifadə edilmədiyi üçün yazılan cərimələr ödənilməlidirmi? - RƏSMİ
"Təəssüf ki, insanlar ancaq yoluxub xəstəxanaya düşəndə “ayılırlar”" - deputat
Maska taxılmaması və səhv taxılmasına görə cərimələr tətbiq olunub
Əhalinin sıx toplaşdığı yerlərdə maskasız şəxslər cərimələnəcək - BŞBPİ xəbərdarlıq etdi
İspaniyada maska taxmayanlar cərimələnəcək
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
Qubada reyd keçirilib