“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
26-11-2020, 13:01
361

“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib.
Gündəlik Bakının məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
“Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında”  qanun layihəsində əksini tapan Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamədə qeyd olunub ki, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.
Əsasnaməyə görə, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inandlı müqavimətinə baxmayaraq düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.
“Vətən Müharibəsi Qəhrəmanı” müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.
“Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı - “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. “Vətən Müharibəsi Qəhrəmanı” medanının təsviri qanunla müəyyən olunur.
“Vətən Müharibəsi Qəhrəmanı” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.
 “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakılar təqdim edilir:
- “Vətən Müharibəsi Qəhrəmanı” medalı;
- “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.
 “Vətən Müharibəsi Qəhrəmanı” eyni şəxsə bir dəfə verilir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Oxşar xəbərlər

Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı təsis olunur
Yeni orden və medallar təsis olunacaq
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
Yeni orden və medallarla bağlı layihə ikinci oxunuşda təsdiqləndi
Milli Məclis bu gün toplanır
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Yeni medal təsis olundu
Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib
Deputatlar bu gün toplaşır
Milli Məclisin növbəti plenar iclası başladı
Milli Məclis 10 məsələyə görə yeni iclas çağırdı - GÜNDƏLİK
Bu gün Milli Məclisdə bu məsələlər müzakirə ediləcək
“Bütün atılan addımlar bir məqsədi güdürdü ki...” – Ali Baş komandan
"Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək" - Prezident
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
"Bugünkü Ermənistan da məhz Hitler Almaniyasının yolunu gedir"
Mərkəzi Banka yeni səlahiyyət verildi
Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrıldı - SƏRƏNCAM
“Ən Yeni Tarix” kitabının üz qapağında İlham Əliyevin fotosu... – Təşəbbüs
Azad olunan daha iki kəndin adı DƏYİŞDİRİLDİ
İtkin düşdüyü deyilən hərbçidən XƏBƏR VAR - VİDEO
Bələdiyyələrlə bağlı iki qanun layihəsi hazırlandı
“Azərbaycan xalqı 30 il bu qələbə həsrətilə yaşayırdı“ - Zakir Həsənov
Vəng rəsmən Çinarlı oldu - MM təsdiqlədi
Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə 22 məsələ daxil edilib - Yenilənib
İlham Əliyev xalqa müraciət edəcək
"Azərbaycanda yeni medal və ordenlər təsis ediləcək" - Prezident
Ermənistanın "Vətən" muzdlu dəstəsi DARMADAĞIN EDİLİB
İşğaldan azad edilmiş bu kəndlərin adları dəyişdirilir