Xızıda 15 nəfər şəxs karantin rejimini pozduğuna görə məsuliyyətə cəlb olundu
6-04-2020, 12:54
191

Xızıda 15 nəfər şəxs karantin rejimini pozduğuna görə məsuliyyətə cəlb olundu

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sabahnews.az-a  verilən məlumata görə, keçirilən tədbirlər çərçivəsində rayonun giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması üçün patrul xidməti yerinə yetirilir. Xüsusi rejim ilə əlaqədar qurulan postlarda sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir və səbəbsiz yerə yaşayış məkanlarını tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat miqdarında cərimə edilirlər.

Ümumilikdə bu günədək Xızı RPŞ-nin əməkdaşları tərəfindən karantin qaydalarını pozan 2 obyekt sahibinə, eləcə də müvafiq qaydada icazəsi olmadan çölə çıxan 13 vətəndaş barəsində epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə inzibati qaydada tədbirlər görülüb.

Oxşar xəbərlər

Siyəzəndə karantin rejimini pozanlar cərimələnib
Dağlıq ərazilərdə karantin rejiminə nəzarət güclənib
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Astarada karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq olundu
Qubada karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib
Siyəzən polisi kimsəsizlərə yardım edir, nəzarəti gücləndirir
Bakı polisindən karantin rejmi ilə bağlı AÇIQLAMA
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
Postların sayı azaldılan Bakıda son vəziyyət - FOTOREPORTAJ
Xınayaxdı məclisi təşkil edənlər cərimələndi
Maska taxmayan 9 nəfər cərimələndi
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
2923 sürücü məsuliyyətə cəlb edilib
Xızı polisi yaşlı rayon sakinlərinin qonağı oldular
Qəbələyə istirahətə gələnlər cərimələndi
Gəncədə karantin rejimini pozanlar cərimələnib
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı - FOTO
Şamaxıda toy məclisi təşkil edənlər cərimələndilər
Xaçmazda xüsusi karantin rejimini pozan 14 nəfər cərimələndi
Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar
Gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Yol polisin üstünə "Kamaz" sürən sürücü həbs edildi
Zaqatalada polis yaşlı insanlara ərzaq yardımı edib
Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanıldı
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Bakıda narkotik alverçisi karantin postunda yaxalandı
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
NƏZARƏT TƏDBİRLƏRİ GÜCLƏNDİRİLİR
Meşə yolu ilə postu keçməyə cəhd edən şəxs tutuldu - FOTO