Xankəndi hava limanına kim nəzarət edəcək? - AÇIQLAMA
26-11-2020, 13:17
244

Xankəndi hava limanına kim nəzarət edəcək? - AÇIQLAMA

"Xankəndi hava limanı fəaliyyətə başlayacaq. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti Azərbaycanın daha altı hava limanının , o cümlədən Xankəndi aeroportunun beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsi təsdiqləniyini bildirib. Bu hava limanı elə Xocalı aeroportudur".

Unikal.org xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz deyib:

"Bir neçə il öncə ermənilər Xocalı hava limanını yenidən quraraq onu Xankəndi hava limanı ediblər. Uzun müddət olardı ki , Azərbaycan hökuməti beynəlxalq qurumlara, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransına təsirlər edərək separatçıların bu aeroportdan istifadəsinə imkan vermirdi. Hətta uçuşlar olarsa, təyyarələrin vurulacağı bildirilmişdi. Ona görə də bu hava limanı uzun müddət separatçıların üzünə bağlı qalmışdı. Lakin açıqlamadan görsənir ki, Xankəndi hava limanına artıq beynəlxalq aeroport statusu veriləcək və fəaliyyətə başlayacaq.Çox düşündürücü və hələlik anlaşılmaz ola biləcək bir məlumatdır. Xankəndi hava limanı kimin nəzarətində olacaq ? Burada viza məsələlərinə, giriş-çıxışa, gömrük rəsmiləşdirmələrinə kim nəzarət edəcək ?

Qarabağda separatçılıq yeni başlayanda, 90-cı illərin əvvəllərində də bu hava limanına nəzaərt üstündə xeyli mübarizə getmişdi. O zaman bir müddət bu aeroport rusların nəzarətində olmuşdu və ermənilər təyyarələrlə xeyli silah gətirə bilmişdilər. Bu səbəbdən də o zaman nəzarət bir müddət OMON -a verilmişdi.

İndi necə olacaq? Xankəndi –İrəvan, Xankəndi- Moskva, Xankəndi -Paris və s. beynəlxlaq reysləri açılacaqmı?

Bu hava limanı bütün Miatsum sevərlərin üzünə açılacaqsa çox ciddi problemlər yaranacaq. Əgər hava limanına yalnız rusiyalı sülhməramlılar nəzarət edəcəksə, yalnız separatçıalrın istifadəsində beynəlxalq uçuşlar olacaqsa , düşünürəm ki, bu ağlasığmaz nəticələrə gətirib çıxaracaq. Fikrimcə, yalnız Azərbaycanın nəzarətində olmaqla, ən pis halda keçid dövrü üçün Türkiyə-Rusiya nəzarəti çərçicvəsində Xankəndi hava limanının fəaliyyətinə imkan vermək olar. Uzun illərdir ki, bu aeroportun istifadəsi üçün ermənilər min cür yollara əl atıblar. Lakin on illərdi ki, buna nail ola bilməyiblər. İndiyədək heç bir uçuş reallaşdıra bilməyiblər. Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, indiyədək bu hava limanını separatçıların üzünə bağlı saxlamaq Azərbaycan hökumətinin böyük uğuru hesab oluna bilər".

Oxşar xəbərlər

Heydər Əliyev Aeroportu nüfuzlu mükafata layiq görüldü - FOTO
Bakının əsas yollarında sürət həddi endirilib
Bakıda sürət həddi endirildi - XƏBƏRDARLIQ
298 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı
Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq
Böyük Britaniyada hava taksilərindən istifadə olunacaq
Hava limanına enən sərnişin təyyarəsi ayını vurdu
Prezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı fərman
Bir qrup azərbaycanlının Almaniyadan deportasiyası təxirə salındı
Tural Gəncəliyev Xankəndi sakinlərinə müraciət etdi: “Hazırlaşın!“
Sabah hava necə olacaq?
Azərbaycan Rusiyaya məxsus təyyarələri hava məkanına buraxmadı - VİDEO
Sabahın hava proqnozu açıqlandı
Xankəndi və Şuşada Azərbaycan mobil şəbəkəsi fəaliyyətə başladı
Sabahın hava proqnozu açıqlanıb
Rusiya daha üç ölkəyə uçuşları bərpa edir
Ermənilər və onların havadarları sosial şəbəkələrdə yalan məlumatlar yayır - Fotofakt
Bu ölkə Bakıya uçuşu BƏRPA EDİR
Türkiyə İraqda 4 PKK terrorçusunu məhv etdi
Sabah hava necə olacaq?
Təyyarə maskasız sərnişinə görə təcili eniş etdi
Havada koronavirusu müəyyən etmək mümkün olacaq
Fransada təyyarə qəzası: ölənlər var
Martın son 3 günü hava dəyişəcək: Yağış, külək!
Sabahın hava proqnozu açıqlanıb
Sabah hava necə olacaq?
Heç bir aviasiya vasitəsi havaya qalxmayıb - Müdafiə Nazirliyindən təkzib
Sabahın havası: Şimşək, yağış, külək
ABŞ Suriya ordusunu bombaladı, 1 hərbçi öldü
Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq