SMS icazə ilə bağlı AÇIQLAMA
26-11-2020, 13:21
144

SMS icazə ilə bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda koronavirusa yoluxan və dünyasını dəyişənlər arasında kəskin artım müşahidə olunur.
Son məlumata görə, koronavirus infeksiyasına daha 3646 nəfər yoluxub, analiz nümunələri müsbət çıxan 34 nəfər isə vəfat edib.
Bəs bunun qarşısını almaq üçün hansı addımları atmaq lazımdır? Yenidən SMS icazənin tətbiqinə ehtiyac varmı?
Gündəlik Bakı bildirir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə yoluxma sayının daha da artacağı təqdirdə SMS icazənin qaçılmaz olduğunu bildirib:
"Əlbəttə, əgər yoluxma sayı artım tempində gedərsə, yenidən bəzi sərt qadağalar, eləcə də SMS icazə tətbiq edilə bilər. Amma hər şeydən əvvəl gərək özümüz qadağalar tətbiq edək. Düzdür, artıq insanların bir çoxu küçədə də maskadan istifadə edir, amma bir nəfərin buna laqeyd yanaşması 10-larla insanın virusa yoluxmasına səbəb ola bilər. Hesab edirəm ki, əgər hamı bir nəfər kimi qaydalara əməl etsə, yenidən sərt rejimə keçməyə ehtiyac olmayacaq".
Millət vəkili ictimai nəqliyyatda olan sıxlığa da münasibət bildirib:
"Avtobuslarda həddindən artıq sıxlıq müşahidə olunur. Bunun qarşısını almaq üçün birincisi, Bakı Nəqliyyat Agentliyi ehtiyatında olan bütün avtobusları reysə buraxmalıdır.
İkincisi, bir sıra dövlət və özəl təşkilatlar var ki, onlar müəyyən avtobuslara sahibdir. Həmin şirkətlər metro açılana qədər sözügedən avtobusları ya reysə buraxmalıdır, ya da ən azından şirkətin (İdarənin) əkdaşlarının işə gedib-gəlməsi üçün ayırmalıdır. İstər bu avtobuslar ödənişli olsun, istər ödənişsiz, hər bir halda nəqliyyatdakı sıxlığı azaltmaq üçün mütləq nəsə etmək lazımdır".

Oxşar xəbərlər

“Bu həftədən “SMS icazə” sisteminə keçirilə bilər” - AÇIQLAMA
SMS icazə yenidən tətbiq edilə bilər? - AÇIQLAMA
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
“Sərt karantin tətbiq edilib-edilməməsi hər birimizdən asılıdır” - deputat
Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır - 16 nəfər ölüb
Azərbaycanda son sutkada virusa yoluxma sayı açıqlanıb
Azərbaycanda daha 108 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü
Koronavirusa yoluxma sayında rekord artım - GÜNÜN STATİSTİKASI
Azərbaycanda yoluxma sayı mini keçdi - 9 nəfər vəfat etdi
Sərt katantin arzuolunmazdır, lakin yoluxma kəskin artarsa... - Deputat
Azərbaycanda qadağalar geri qayıdır... — Bu iş yerləri bağlana bilər
Azərbaycanda daha 139 yoluxma qeydə alınıb, 1 nəfər ölüb
Azərbaycanda daha 161 nəfər COVID-19-a yoluxub, 146 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı, 12 nəfər öldü
Yoluxanların sayı yenə 100-ü keçdi, 2 nəfər öldü
Koronavirusa yoluxanların sayı yenə artdı, 17 nəfər vəfat etdi
Koronavirusa yoluxanların sayı açıqlandı - GÜNÜN STATİSTİKASI
Karantin buna görə uzadıldı - Baş infeksionistdən açıqlama
“Yoluxmaların artması artıq ikinci dalğa deməkdir” – ADİL QEYBULLA
"Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb" - Həkim
Azərbaycanda koronavirusa rekord yoluxma qeydə alındı
Koronavirusa yoluxanların sayı 1400-ü ötdü - GÜNÜN STATİSTİKASI
Rayonlarda da həftə sonu sərt karantin rejimi tətbiq ediləcək?
Koronavirusla bağlı SON STATİSTİKA
Azərbaycanda son sutkada 101 nəfər COVID-19-a yoluxub, 137 nəfər sağalıb, 2 nəfər vəfat edib
ÜST: Dünyada son bir həftədə koronavirusa yoluxmada rekord artım qeydə alınıb
Virusa yoluxanların sayı 2500-ü ötdü - GÜNÜN STATİSTİKASI
Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxub, 211 nəfər sağalıb, 3 nəfər vəfat edib
Azərbaycanda son sutkada koronavirusun statistikası
Reanimasiyada olan və tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin sayı açıqlanıb