Hava kəskin dəyişir - XƏBƏRDARLIQ
26-11-2020, 15:43
58

Hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Noyabrın 27-də gecə və səhər Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda deyilir.
Bildirilib ki, Azərbaycanın bəzi şərq rayonlarında noyabrın 27-si gecə və səhər arabir yağış yağacağı, bəzi yerlərdə  intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Oxşar xəbərlər