Xərçəngdən əziyyət çəkən Əməkdar artistin səhhəti yenidən ağırlaşdı - Foto
26-11-2020, 15:54
76

Xərçəngdən əziyyət çəkən Əməkdar artistin səhhəti yenidən ağırlaşdı - Foto

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.
Yenisabah.az xəbər verir ki, aktrisada yenidən şiş tapılıb. Bu barədə Lent.az -a açıqlama verən “Toppuş bacı” bildirib ki, ağ ciyərində şiş tapılıb:
“İndi də ağ ciyərimdə şiş tapıldı. Birinci MRT-dn sonra balacalaşma var. Bu artıq bədənimin 4-cü hissəsindədir. Güman edirəm ki, bununla da bitəcək. Çünki bədənim artıq kimyalara davam gətirmir. Sonuncu kimyanı qəbul edəndə 21-22 gün fasilə verməli idim. Amma bu dəfə arada olan məsafə çox oldu. Təsəvvür edin ki, son dəfə mənə kimya köçürməli olanda evdə pis hala qaldım. Məni evdən apardılar atamgilə. Çünki biz elə başa düşdük ki, mən artıq həyatla vidalaşıram. Allah heç bir anaya bu ağrıları qismət eləməsin. Günü sayırsan ki, birdən yataram, sabah ayılmaram. 15 gün atamgildə qaldım, bacım mənə baxdı. Çox şükür ki, o ağrılar məndən keçdi. İnanıram ki, ağ ciyərimdə tapılan yeni şiş də keçəcək. İnanın ki, ölürdüm. Elə hiss edirdim ki, əzrail mənimlə bərabər oturmuşdu, canımı almağı gözləyirdi. Görünür məni övladıma bağışladı”.
Xatırladaq ki, T.Əliyeva əvvəl uşaqlıq yolu xərçəngindən əziyyət çəkirdi. Daha sonra onun böyrək damarlarında şiş tapılıb.

Oxşar xəbərlər

Əməkdar artistin ailəsində koronavirus xofu
Əməkdar artistin səhhəti pisləşib
“Bacımın toyunda atam öz əlləri ilə yorğan sırıdı“ - Əməkdar artist
Əməkdar artistin oğlu ABŞ-da yaşamaqdan imtina edib - CƏBHƏYƏ GETDİ
Nisə Qasımova əməliyyat olundu
Əməkdar artistin oğlu cəbhəyə yollandı
Aynişan Gömrük Komitəsini tənqid etdi: “Biz insanıq, heyvan deyilik“
"Şuşa mənim qəlbim və nəfəsimdir"
“Lotereya oynayıb, Bakıda ev aldım" - Xalq artisti
Əməkdar artistin vəziyyəti pisləşdi - Heç kimi tanımır
“Səhhətimdə problem var idi, həkimlər əməliyyat edib bunu aradan götürdülər...”
Xalq artisti: "Çox ağır vəziyyətdə məni Türkiyəyə çatdırdılar"
Əməkdar artist vəfat etdi
Tramp koronavirusa görə bir aydır Ağ evdən çıxmır
Xərçəngə yoluxan Nisə Qasımovadan xəbər var
Xalq artisti Canəli Əkbərovun görünüşü hamını təəccübləndirdi - Video
“O boyda müsibətdən sonra yaxşıdır ki, nəfəs alıram” – Zöhrə Abdulayeva - FOTO
“Həyat yoldaşım minaya düşüb kömür kimi yanmışdı“ - Gülüstan Əliyeva
Kimlər üçün maskadan istifadə etmək təhlükəlidir?
Ağır xəstəlikdən əziyyət çəkən Ağakərimin görüntüləri yayıldı - VİDEO
Del Pyero xəstəxanadan evə buraxıldı
Lalə Məmmədova cəbhədə olan həmkarından yazdı
“Mənə səhv diaqnoz qoyduqları üçün pulumu geri qaytarsınlar...”- “Turan” klinikasından şikayət...
Məşhur 91-lərdən birini Əli Həsənov necə "bomj"a çevirdi
“Şuşadakı evimdə ermənilər yaşayıb“ - Əməkdar artist
Pastor erməni əsgərlərinə çağırış etdi: “Silahı yerə qoysunlar, vuruşmasınlar”
Mətanət İsgəndərli çətin günlərindən danışdı: “Qorxumdan oğlumu evə qoymurdum, ürəyim partlayırdı, deyirdim ki, necə dözəcəm?”
“Gecə-gündüz əlim göydədi, Allaha yalvarıram ki, müharibə olmasın...”
“Əllərim qıc olmuşdu, su da içə bilmirdim” – Elza Seyidcahan
“Mənə dedilər ki, köməklik ediləcək” - Deputatın köməkçisi Qarabağ qazisinə zəng vurdu...