DİN vətəndaşlara xəbərdarlıq etdi - Video
26-11-2020, 16:02
75

DİN vətəndaşlara xəbərdarlıq etdi - Video

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Nazirliyin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışır, vətəndaşlar tərəfindən epidemiyanın qarşısının alınmasına xidmət edən sanitariya-gigiyena qaydalarına əməl olunması, COVID-19 virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin özlərini təcrid etmələri, digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları ciddi nəzarətdə saxlanılır. 
“Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxmuş şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur. Noyabrın 25-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin postlarında 19 COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə onlardan 18-i evə qaytarılıb, 1-i isə xəstəxanaya yerləşdirilib. Qanunvericiliyə uyğun olaraq bu şəxslər barəsində cinayət işi başlanılıb.
Vətəndaşların diqqətinə çatdırırıq ki, bütün dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamalı, bunun qarşısının alınmasında böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə  gözlənilməlidir. Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxmamaları tövsiyə olunur.
Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və digərlərinin sağlamlığına biganə qalmamağa çağırırıq. Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir”, - deyə qeyd olunub. 
 

Oxşar xəbərlər

Qubada iki koronavirus xəstəsinə cinayət işi açıldı
Qubada COVID-19-a yoluxan 5 nəfər karantin postunda saxlanılıb
Balakəndə yaşayış yerini tərk edən COVİD-19 xəstələri saxlanılıb
Qubada yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi saxlanılıb
Qusarda COVID-19-a yoluxan şəxs saxlanıldı
Polis evi tərk edən koronavirus xəstəsini saxladı
Azərbaycanda karantin rejiminin tələblərini pozan polislər cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Polis karantin qaydalarına nəzarəti gücləndirdi
Polis maskadan istifadəyə nəzarəti gücləndirib
Evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb
Qubada reyd keçirilib
Gəncədə reyd keçirilib
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Polislər və hərbi qulluqçular təcili Bərdəyə ezam olundu
Polis İsmayıllıda karantin qaydalarına əməl olunmasına nəzarət edir
Yaşadığı ünvanı tərk edən koronavirus xəstələri saxlanılıb
Azərbaycanda 16 COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb
Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
Karantin qaydalarını pozanlara qarşı reyd keçirilib - Fotolar
Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi
Cəlilabadda evi tərk edən üç koronavirus xəstəsi saxlanıldı
Polis Cəlilabadda reyd keçirib
Siyəzəndə karantin rejimini pozanlar cərimələnib
DİN-dən Müdafiə Nazirliyinin məlumatına münasibət
Rayonlara giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
Evdən qaçan koronavirus xəstəsi saxlanıldı
Bakını tərk etmək istəyən koronavirus xəstəsi postda saxlanıldı
Xüsusi karantin qaydaları bu gündən qüvvəyə minib
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
Dağlıq ərazilərdə karantin rejiminə nəzarət güclənib