Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Cihazqayırma Zavodu” MMC “Muğanbank” ASC barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiasına Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənova tərəfindən baxılacaq. Sonuncu dəfə məhkəmə iclası bu ilin may ayının 31-də təyin olunub və təxirə salınıb. Növbəti məhkəmə iclası iyul ayının 26-na təyin edilib.
Qeyd edilir ki, məhkəmə iddiası bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələrlə bağlı qaldırılıb.
Xatırladaq ki, “Bakı Cihazqayırma Zavodu” 1941-ci ildə “Azərneft” kombinatının tərkibində “Bakı Alət Zavodu” olaraq yaradılıb və 1942-ci ildən fəaliyyətə başlayıb.
1993-cü ildən “Bakı Cihazqayırma Zavodu” adı altında “Geofizcihaz” İB-nin tərkibində Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olub.
2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Məlumat üçün onu da qeyd edək ki, nizamnamə kapitalı 137,5 milyon manat olan “Muğanbank” ASC 1992-ci ildə dövlət qeydiyyatına alınıb.
Hazırda bankın əsas səhmdarları Munir və Samir Vəliyev qardaşlarıdır. Daha əvvəl “Muğanbank” ASC-nin əsas səhmdarı olan Elmir Mehdiyev bu yaxınlarda bankdakı 74%-lik payından yarısını (37%-ni) Munir Vəliyevə, digər yarısını isə Samir Vəliyevə təhvil verib.
Bundan başqa bankın digər səhmdarı Fəridə Mehdiyeva isə öz səhmlərinin 6%-nin yarısını (3%) Munir Vəliyev, digər yarısını isə Samir Vəliyevə (3%) satıb.
Bu ilin əvvəlində “Muğanbank” ASC-nin səhmdarları aşağıdakı kimi olub:
Bankdakı 74%-lik payını satan Mehdiyev Elmir Maqbet oğlu sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin kürəkənidir. Səhmlərin 10,65 %-nə nəzarət edən Vəliyeva Vəfa isə Əhməd Vəliyevin qızıdır. Digər 2 səhmdar isə Əhməd Vəliyevin qudaları olub.
Onu da qeyd edək ki, Əhməd Vəliyevin qudası Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi Maqbet Mehdiyev ötən ilin noyabr ayında vəfat edib.
Bankın yeni səhmdarları Munir və Samir Vəliyevlər isə Əhməd Vəliyevin oğlanlarıdır.
Hazırda Əhməd Vəliyev Odlar Yurdu Universitetinin rektoru, böyük oğlu Samir Vəliyev Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, kiçik oğlu Munir Vəliyev isə Odlar Yurdu Universitetinin 1-ci prorektorudur. Onların hər üçün profesordur.
Nazirlik sabiq deputatın bankını məhkəməyə verdi – Təfərrüat
01
iyul
13:45

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Mədət Quliyev onu vəzifəsindən azad etdi
İlqar Qurbanov vəzifəsindən azad edildi
Nazirlik Sədərək Ticarət Mərkəzini məhkəməyə verib - 7 dəfə təxirə salınıb
“Xaliq Faiqoğlu”nu bu dəfə öz direktoru məhkəməyə verdi – 287 min borcu da var...
Aktyor onu məhkəməyə verən məşhur şirkətdən şikayətçi oldu
Müdafiə Sənayesi Nazirliyində yeni TƏYİNATLAR
İş adamını bu dəfə də “Kapital Bank” məhkəməyə verdi
Nazirlik “Mcdonalds”ı məhkəməyə verdi – Səbəb
Tanınmış şirkət Müşviq Şahverdiyevi məhkəməyə verdi
“Xaliq Faiqoğlu” MMC yenə məhkəmə qarşısında – Bu dəfə vergilərlə bağlı
Türkiyəli iş adamı rektorun bankını məhkəməyə verdi
“Gilan Holdinq”ə bağlı şirkət barəsində daha bir məhkəmə iddiası
Mərkəzi Bank “Baku Steel Company” MMC-ni məhkəməyə verdi
Keçmiş deputatla bələdiyyə üzvü arasında məhkəmə çəkişməsi başladı
Abid Şərifovun başı dərddə - Şirkəti məhkəməyə verildi
DİN “Akkord”u məhkəməyə verdi
Məhkəmə Müşviq Şahverdiyevin “Cinemazadeh”ya qarşı iddiasına ayın 30-da baxacaq
Bank “AAAF-İnşaat”ı məhkəməyə verdi - Dövlətə 17 milyon borcu var
Abid Şərifova bağlı şirkət “Azercell”i məhkəməyə verdi
300 minlik müqavilədə vergi saxtakarlığı - Zaur Hüseynovdan şübhəli tender əməliyyatı
Talıbovların şirkətləri barəsində iddia qaldırıldı - Naxçıvan məhkəməsində ilk...
Azərbaycanda “Starbucks”u məhkəməyə verdilər - SƏBƏB
Tanınmış iş adamına qarşı daha 2 MƏHKƏMƏ İDDİASI
Ali Məhkəmə “Lider TV” ilə bağlı qərar verəcək
Paytaxtın aparıcı daşıyıcı şirkəti borc içində “batır” - Təfərrüat
Elmar Vəliyevin qardaşı “Dövlət Məşğulluq Agentliyi”ni məhkəməyə verdi – 3,6 milyon manatlıq mübahisə
Dövlət qurumu Qorxmaz Hüseynovu məhkəməyə verdi - Çəkişmənin kökündə nə dayanır?
Bakıda məşhur bazarı yenə məhkəməyə verdilər – Bu dəfə öz sahibləri...
Ramiz Mehdiyevə bağlı şirkəti məhkəməyə verdilər – Aralarında Ramiz Rövşən də var...
- 95 yaşlı babasından uzun ömrün 7 kodunu öyrəndi
- Payızda niyə daha çox yatmaq istədiyimizin SƏBƏBİ
- Qəhvəyə bunu əlavə etmək yaddaşı yaxşılaşdırır
- Enrike onu dünyanın ən yaxşı futbolçusu ADLANDIRDI
- Yer kürəsində həyatın necə yarandığı AÇIQLANDI
- "Ermənistan hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaradır" - Hikmət Hacıyev
- İrəvandakı hadisələrə görə 4 nəfər həbs edildi
- Pişiyə görə canından keçdi
- Azərbaycan Prezidenti xalqa müraciət edəcək
- Rusiyada maska rejimi yenidən tətbiq edilir
- İsmayıllıda avtomobil aşıb, sürücü ölüb (FOTO)
- İctimai fəal Rail Abbasov həbs edildi
- Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı
- “Əsrin fəlakəti”nə görə saat qülləsi həmişə bu zamanı göstərəcək - VİDEO
- Ürək masajı üçün avtomatik cihaz hazırlandı
- Məşhur narkobaronun oğlu ABŞ-yə təhvil verildi
- 20 yaşlı ana körpələri öldürüb, zirzəmidə gizlədibmiş
- Gədəbəydəki mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU
- İdmançımız dünya çempionatında 3 bürünc medal qazandı
- Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir
- Sirli Hunza türkləri – 100 yaşında ölənə “gənc öldü” deyirlər
- Məşədi Natiq vəfat etdi
- Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir
- Fahişə sifariş etmək üçün arvadından BORC ALDI