İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
27-11-2020, 15:01
228

İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)

Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi (MKTB) noyabrın 27-də 915 min manat dəyərində olan 5 tender keçirib.
MKTB-nin keçirdiyi 5 tenderin qalibi 1 şirkət olub.
Belə ki, qurumun  parkların saxlanması üçün avadanlıqların satınalınması (189814.8 AZN), avadanlıqların satınalınması (180825.56 AZN), ehtiyat hissələrinin satınalınması(199818.84 ), yumşaq inventar və xüsusi geyimlərin satınalınması(119882.1 AZN), dəftərxana və təsərrüfat mallarının satınalınması (224804.16 AZN) üzrə keçirilən tenderləri - "Stone Construktion” QSC qazanıb. 
Qeyd edək ki,  "Stone Construction” QSC 2019-cu ilin yanvar ayinin 22-nə kimi Məhdud Məsuliyyətli Cəmiyyət formasında fəaliyyət göstərib. 07.07.2008-ci il tarixində yaradılan şirkətin nizamnamə kapitalı 2010 manatdır. Şirkətin hüquqi ünvanı kimi Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 29, qanuni təmsilçisi Elman Hacızadə Xalid oğludur. 
Araşdırmalar zamanı məlum oldu ki, sözügedən şirkət QSC-yə çevrildikdən indiyə kimi dövlət qurumlarının keçirdiyi 12 tenderin qalibi olub. İnternet resurslarında bildirilir ki, şirkət həm də tikinti məhsulları istehsal edir. 
Şirkətlə bağlı başqa bir ilginc məqam onun hüquqi ünvanı ilə bağlıdır. Şirkətlə bağlı mediada dərc olunan yazılarda deyilir ki, "Stone Construction” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 2v 2, m.17-də olub. Həmin ünvanda  "NT Engineering” MMC –də qeydiyyata alınıb...

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyinin “sevimli” şirkəti 20 gündə 8 tenderi necə qazanıb?- İcazə verin şübhələnək..
Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD - 167 min manatlıq tenderin qalibi oldu
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Bir manatlıq şirkətə milyonluq tender verildi
“AzerGold” şirkətində müdhiş korrupsiya faktı - İTTİHAM
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Mehdiyev AMEA-da da oturub yeyir... - İLGİNC FAKT
Yeni yaradılan şirkət ləğv olunur
Psixiatriya Xəstəxanasında tender oyunu
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
Eldar Əzizov paytaxtın bağ təsərrüfatından il ərzində nə qədər qazanır?
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu
Sumqayıt Tibb Kollecində bir ünvanda yaradılmış 8 MMC ilə nə qədər dövlət vəsaiti talanıb?
Ağcəbədidə dövlət tenderlərini KİMLƏR UDUR? - Ən çox tenderi icra hakimiyyəti keçirib
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
Bakı Baza Tibb Kolleci "GÜL VURUR"... - 3-4 aylıq MMC-lərlə işbirliyini davam etdirir
"İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir? – Atası AMEA-da işləyir
"Azərtranss” MMC indi də Tovuzdan boylandı... - İLGİNC MƏQAM
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Avtobus sürücüsünü döyən şirkət müdirini “Azərkosmos“-a nə bağlayır?
Səhiyyə Nazirliyində növbəti tender: Bu dəfə “Avromed"ə 5.5 milyonluq layihə verildi
1 milyon borcu olan MMC-yə 2.7 milyonluq tender verilib - Sensasion faktlar
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
Qazaxda dövlət tenderlərini KİMLƏR UDUR? – Qaranlıq "Azərtranss" MMC "sevgisi" SİYAHI, MƏBLƏĞLƏR
Bakı Baza Tibb Kollecində dövlət vəsaiti kimlərin əli ilə xərclənir?