Miqrasiya işçilərinə borc götürmək qadağan edildi
27-11-2020, 16:41
99

Miqrasiya işçilərinə borc götürmək qadağan edildi

Dövlət Miqrasiya Xidmətinin Kollegiyası “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nı təsdiq edib.

Miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan, habelə dövlət qulluğu vəzifələrində qulluq keçən və dövlət qulluqçusu olmayan mülki işçilərə şamil edilən bu Qaydalar noyabrın 26-dan qüvvəyə minib.

İşçilərin etik davranış prinsipləri aşağıdakılardır:

- Qanunçuluq prinsipi:

- Vicdanlı davranış prinsipi:

- Peşəkarlıq və fərdi məsuliyyətin artırılması prinsipi:

- Loyallıq prinsipi:

- İctimai etimad prinsipi:

- İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət prinsipi:

- Mədəni davranış prinsipi:

- Qərəzsizlik prinsipi:

İşçi icra və əmək intizamına əməl etməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.

İşçi şəxsi həyatında ümumqəbul olunmuş milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir. İşçi icra etmək imkanı olmayacağı təqdirdə öhdəliklər (kredit, borc, pul, kirayə və s.) götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir. İşçi öz ailə üzvlərinin, habelə sosial və digər münasibətlərin onun xidməti fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir. İşçi vəzifəsindən və qulluq mövqeyindən şəxsi məqsədlər üçün istifadə etməməli, xidməti zərurət olmadıqda miqrasiya orqanlarının işçisi olduğunu qabartmamalı, xidməti vəsiqəsini təqdim etməməlidir. İşçi heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz.

Qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, işçilərin funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, işçi ictimai birliyə üzv olmaq hüququna malikdir. İşçi qulluq mövqeyindən istifadə edərək digər işçiləri ictimai birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir. İşçiyə miqrasiya orqanlarında ictimai birliklərin (həmkarlar ittifaqları istisna olmaqla) və ya dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud yaradılmasına yardım etmək qadağandır. İşçiyə seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.

Etik davranış qaydalarında miqrasiya orqanlarında çalışanlar üçün digər hüquq və tələblər də müəyyənləşib. 

Oxşar xəbərlər

Onlar qanları ilə geosiyasi oyunları darmadağın etdilər - Hikmət Hacıyev
Sığorta haqlarını ödəməyənlərin ölkədən çıxışına qadağa qoyulacaq
Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar
Videosu yayıldığı üçün işini itirən polislər... - FOTOLAR
Dövlət orqanlarında 65 yaşadək işçilərin işə cəlb edilməsinə icazə verildi
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
İki və daha çox avtomobili olan 19 200 şəxsə də birdəfəlik ödəmə verilməsindən imtina edildi
Dövlət müəssisələri tam heyətlə nə zaman işə çıxır? - AÇIQLAMA
1342 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
“Ata icra başçısıdır, korrupsiya ilə məşğuldur, oğul da DİN-də işləyir…” — AÇIQLAMA
Neçə icra başçısının başı ağrıyacaq
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
“Köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır, kim yerləşdirib onları?”
Azərbaycanda məşğul şəxslər barədə elektron reyestr yaradılacaq
Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA
Nazirdən məhkumlarla bağlı əmr
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
Beyləqanda dövlətə şərik məmur var... - İTTİHAM
Erməni məmurlar Qarabağdan qaçdı: Araik siyahı açıqladı
"Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir" — Partiya sədrindən ÇAĞIRIŞ
Muzdlu işçilərə II maliyyə dəstəyi proqramı çərçivəsində ödənişə başlanılıb
Niyə 12 saat işləyirik? - GİLEY
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Azərbaycanda əcnəbilər üçün kurslar təşkil olunur
Bu rayonun prokuroru vəzifəsindən azad edildi
Qeydiyyatda olmayanların DİQQƏTİNƏ: Şəxsiyyət vəsiqəsini belə alacaqsınız - RƏSMİ
Bu il Azərbaycanda 20611 nikah qeydә alınıb
Peşə təhsili sistemində baş verənlərdən Təhsil Nazirliyinin və Korrupsiya İdarəsinin xəbəri yoxdur?
"Pakistan daim Azərbaycanın yanındadır" - Bilal Hayee
Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı