32gun.az-ın məlumatına görə, tenderin qalibi "Real-İnşaat” MMC olub.
Tenderin qalibinə Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən 2.052.700,77 AZN ödəniləcək.
Əldə etdiyimiz məlumata görə, "Real-İnşaat” MMC-nin dövlətə külli miqdarda vergi borcu var. Şirkətin vergi borcu hazırda 320 min manatdan çoxdur (320898.37 AZN)
Bildirək ki, adıçəkilən şirkətin nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi NİZAMİ ALLAHVERDİYEV NÜSRƏT OĞLUdur. 13.06.2005-ci il tarixində dövlət qeydiyyatına alınan MMC Ağdam Rayon Vergilər Şöbəsi tərəfində Vergi uçotuna alınıb.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
