Paytaxt sakinlərinə xəbərdarlıq: Bu gün küçəyə çıxmayın!
28-11-2020, 09:39
127

Paytaxt sakinlərinə xəbərdarlıq: Bu gün küçəyə çıxmayın!

Ölkə rəhbərliyinin Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən daxil olan xəbərə görə, son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq noyabr ayının 28-də  səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən artıq 17-ci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. Bu işlərə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilib.
Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri xəbərdarlıq edilib.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblir.
Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.    
Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha   çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

Oxşar xəbərlər

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır - Küçəyə çıxmayın
Bakı küçələri növbəti dəfə dezinfeksiya edilir - FOTO
Bakıda 552 küçə dezinfeksiya edilib - Yenilənib
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Sabah küçəyə çıxmayın! - Bakı sakinlərinə XƏBƏRDARLIQ
İki gün küçəyə çıxmamaq tövsiyə edilir
Bakıda 551 küçə dezinfeksiya edildi
Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Bakı küçələri növbəti dəfə dezinfeksiya edilir
Bu tarixdə küçəyə çıxmamaq tövsiyə olunur - Diqqət!
Bakıda sakinlərinə xəbərdarlıq: Sabah küçəyə çıxmayın
Sabah paytaxt küçələrinə çıxmamaq məsləhətdir...
Bakıda bu gün növbəti dezinfeksiya işləri aparılacaq
Bakı Şəhər İcra Hakimiyyətində videomüşavirə keçirilib
Bakıda qış hazırlıqları - Foto
Oktyabrın 1-dək bağçalar tam açılacaq - BŞİH
Bakıda uşaq bağçaları açılışa HZIRLAŞIR
Eldar Əzizov 2 rayonun icra hakimiyyətinə tapşırıqlar verdi - Nöqsanların aradan qaldırılması ilə bağlı
Eldar Əzizovdan icra başçıalrına xəbərdarlıq -1 ay vaxt verdi (FOTO)
Tərtərdə uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya və təmizlik işləri aparılır
Tərtər rayonunda dezinfeksiya işləri davam etdirilir
Biləcəridə vəfat etmiş meyxanaçının yaşadığı ərazi dezinfeksiya edilib - Video
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Bakıda bu binaların dam örütüyü təmir olunacaq
Eldar Əzizov koronavirusa görə Bakı meriyasına təcili yardım çağırdı - Foto
Tarixi binanın fasadını boyayan icarədar və sahibkar cəzalandırılıb
Tarixi binanın bərpasına başlandı - BŞİH
Şirvan şəhər İcra Hakimiyyətində növbəti videomüşavirə keçirilib
Bakıda birgə reydlər keçirilir
Nərimanov rayon icra hakimiyyətinin şöbə müdiri dünyasını dəyişdi – Məsələ araşdırılır