Penitersiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1-ci qrup əlil məhkum Səmədov Əli Azər oğlunun anası, Göyçay rayon sakini Səmədova Gülnaz Mirzə qızı tərəfindən ölkə başçısına və aidiyyəti orqanlara müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən şikayətdə deyilir:
"Bildirmək istəyirəm ki, Penitersiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən övladım Səmədov Əli Azər oğlunu karsa salıblar. Səbəb isə odur ki, müəssisə rəhbərliyinin iddiasına əsasən, guya oğlum Əli mobil telefondan istifadə edirmiş. Bu, açıq-aşkar yalan və böhtandır. Əslində balama atılan iftiranın arxasında tamamilə başqa şeylər var. Belə ki, bir müddət öncə oğlum Əli Penitersiar Xidməti Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədov tərəfindən incidilmişdi. Biz də onun ailə üzvləri olaraq bu haqda yuxarı instansiyalara yazılı ərizələr göndərdik və kütləvi informasiya vasitələrində də paylaşımlar etdik. Mayıl Məmmədovla olan dostluq bağlarına görə 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi xəstə balam Əli ilə ədavət aparmağa başladı. Üzərinə mobil telefon işlədməsi kimi şər-böhtan xarakterli ittihamdır irəli sürülür. Mən məsələ ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) qaynar xətt nömrəsinə də zəng edərək öz şikayətimi bildirmişəm. Növbəti zəngdə bizə məlumat verdilər ki, 11 saylı Cəzaçəkmə Müəssisəsindən onlara məhkum Əli Səmədov daxili qaydaları pozduğuna görə karsa atıldığı deyilib. Hərçənd onlardan xahiş etdim ki, şikayətimi obyektiv araşdırmaq məqsədilə Ombudsman olaraq övladım Əlini yerində qəbul etsinlər. Ancaq, hələki onlar öz missiyasını yerinə yetirməyi gecikdirirlər. Mən isə bir ana kimi balam üçün çox narahatam. 7 iyuldan bəri o, karsdadır və aclıq aksiyasına başlayıb. Özü də 1-ci qrup əlildir. Günlərdir yeməkdən məhrum olması onun həyatı üçün olduqca təhlükəlidir.
Bir daha xatırladıram ki, övladım Əli Azər oğlu Səmədov Cəzaçəkmə Müəssisəsində mobil telefondan istifadə etmir. Belə bir şey olsaydı, ilk öncə ailə üzvləri olaraq onu biz özümüz tənbeh edər və tutduğu əməldən çəkindirərdik. Heç bir valideyn istəməz ki, övladına pislik olunsun. Hazırda çox çarəsiz vəziyyətdəyəm.
Mən mətbuat vasitəsilə ölkə rəhbərliyindən və aidiyyəti orqanlardan çox xahiş edirəm, övladım Əlinin dərhal karsdan çıxarılması, Cəzaçəkmə Müəssisəsində qəbul edilərək dərdinin dinlənilməsi və əsassız ədavətə son qoyulması üçün tapşırıq verəsiniz. Köməklik göstərəcək hər bir kəsə sonsuz minnətdarlığımı bildirirəm."
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
11 saylı Cəzaçəkmə Müəssisəsində QANUNLAR İŞLƏMİR... - Prezidentə müraciət olundu
12
iyul
10:50

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Penitersiar Xidmətin Müalicə Müəssisəsinin rəisi xəstə məhkumlara ZÜLM EDİR... - İTTİHAM VAR!
Ceyhun Həsənovun xəbəri varmı ki, rəisi nə işlə məşğuldur? - İTTİHAM VAR!
11 saylı cəzaçəkmə müəssisəsində ÖZBAŞINALIQ - GİLEY
Əfv Sərəncamı 11 saylı Cəzaçəkmə Müəssisəsində icra olundu
Əfv sərəncamı 1 saylı cəzaçəkmə müəssisəsində icra olundu
Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi Müalicə Müəssisəsində ÖZBAŞINALIQ - İTTİHAM
2 saylı Cəzaçəkmə Müəssisəsindən ŞİKAYƏT VAR - “Müdaxilə olmasa, atam öləcək”
11 saylı cəzaçəkmə müəssisəsində ACLIQ AKSİYASI... - ETİRAZ VAR!
Həbsdə olan qardaşına telefon keçirmək istədi
Məhkum əlillərdən Sahil Babayevə SUAL - "Kəsilmiş ayaq yenidən bitə bilərmi?"
1 saylı Cəzaçəkmə Müəssisəsindən 13 nəfər azadlığa buraxıldı - FOTO
Azərbaycanda qadın məhkumların sayı AÇIQLANDI
11 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İDDİA
Nəzarətçi məhkumun ailə üzvü olan xanımla tanış olmaq istədi, vəziyyət qarışdı… - PENİTENSİAR XİDMƏTİN 1 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ QALMAQAL
Qətlə görə həbs edilən şəxs həbsxanada İNTİHAR ETDİ
Yetkinlik yaşına çatmayan məhkumların sayı AÇIQLANDI
2 saylı Cəzaçəkmə Müəssisəsində ÖZBAŞINALIQ - “Oğluma təzyiq göstərdilər ki, mən şikayətimi geri götürüm”
Sahil Babayevin MƏHKUM QURBANI... - GİLEY
4 saylı cəzaçəkmə müəssisəsindən üç qadın məhkum azad edildi
"Azərbaycanda mənim xəstəliyindən əllə sayılacaq qədərdir..." - Həbsxanadan GİLEY
Bakıda əsgər özünü alnından güllələyib öldürdü
13 saylı çəzaçəkmə müəssisəsində NƏ BAŞ VERİR? - ŞOK İDDİA
Ana həbsdəki oğluna “patı” apardı
Həbsxanaya hamam süngərinin içində narkotik keçirməyə cəhd edildi
16 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İTTİHAM
Türkiyə vətəndaşı əfv edilərək azadlığa çıxdı
7 saylı cəzaçəkmə müəssisəsində NƏLƏR BAŞ VERİR?
Deyəsən, buralar ÖZBAŞINA QALIB... - Prezidentə müraciət olundu
8 SAYLI ÇƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ ŞOK OLAY - Narkotiklə bağlı həbs olunan məhbus “Whatsapp” vasitəsilə istədiyi şəxs və ölkə ilə əlaqə yaradıb...
1 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq... - Məhkumun həyat yoldaşını dözülməz həddə çatdırdılar
- 46 yaşlı aktyor yuxuda olarkən vəfat etdi - FOTO
- Nahar zamanı 3 yaşlı bacısını bıçaqladı
- 21-ci əsrin ilk onilliyinin ən yaxşı futbolçuları - SİYAHI
- Zəncəfil bu insanlar üçün ZƏRƏRLİDİR
- Bu beş lider dünyanın sonunu yaxınlaşdırır - Vaynşteyn
- 30 il sonra qalıqları tapılan hərbçimiz dəfn olundu - FOTOLAR
- İstanbulda partlayış - Ölən və yaralananlar var
- “Bu gün bizə yaltaqlanan ermənilər 1988-ci ildə Xankəndidə...” - Xalq artisti sirləri açdı
- “WhatsApp” daha bir yeniliyi təqdim etdi
- Tarzən şəhid olan 20 yaşlı tələbəsinin FOTOlarını paylaşdı
- Rusiya müdafiə büdcəsini 68 faiz artırır
- Növbəti ildən hansı xəstəlikdən əziyyət çəkənlərə dərman veriləcək?
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər