Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər (AÇIQLAMA)
28-11-2020, 17:51
92

Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər (AÇIQLAMA)

Son iki gündə Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı rekord həddə çatıb. Belə ki, noyabrın 27-də 3 712 koronavirusa yoluxub, 35 nəfər isə vəfat edib. Qardaş Türkiyə və digər ölkələrdə yoluxma sayı kəskin artığına görə bir neçə gün insanların çölə çıxmasına qadağa qoyulmuşdu. Bu təcrübə yoluxma sayı artma dinamikası ilə davam edərsə, Azərbaycanda da tədbiq edilə bilərmi? Yəni Azərbaycanda 4 gün və daha çox insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Bununla bağlı sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, nəyinki 4 gün 1 həftə belə qadağa qoyula bilər:

"Çünki yoluxanların sayı heç də ürəkaçan deyil. İnsanların bir neçə gün çölə çıxmasına qadağa qoyularsa, bu yoluxmaların sayına da müsbət təsir edəcək. Çünki hər hansı tədbir görülməsə gündəlik yoluxanların sayı 5000-nə çata bilər. Aprel ayındakı karantin rejiminə geri qayıtmaq lazımdır. Bu gün yoluxma mənbələri avtobuslardır. Aprel ayındakı "evdə qal” karantinə qayıtsaq bu insanların bir-biri ilə ünsiyyətinin azalmasına və avtobuslardakı sıxlığın aradan qaldırılmasına səbəb olacaq.

İnsanlarımız maskalardan düzgün istifadə etmir.Tibbi maskaların qoruması da cəmi 2 saatdır. Amma parça maskaların hər hansı bir virusdan qoruma imkanı yoxdur”.

Oxşar xəbərlər

Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur?
Gözəlik salonları və bərbərxanalar yenidən bağlanır? - AÇIQLAMA
Rayonlarda da həftə sonu sərt karantin rejimi tətbiq ediləcək?
Azərbaycanda kafe və restoranlar yenidən bağlanır? - AÇIQLAMA
“Bu həftədən “SMS icazə” sisteminə keçirilə bilər” - AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı
Azərbaycanda karantin rejimi ləğv edilir? - TƏBİB-dən açıqlama
Koronavirusa yoluxanların sayı 61 milyonu keçdi
Azərbaycanda koronavirusa 988 yoluxma sayı ilə yeni rekord qeydə alındı
Türkiyədə COVID-19-a rekord yoluxma
Ermənistanda koronavirusa yoluxma pik həddə: bir gündə 34 nəfər öldü
Rusiyada rekord sayda yoluxma - 256 nəfər öldü
Bir gündə 16 mindən çox yoluxma qeydə alındı
Gələn həftə kafelər açılır? – Baş infeksionistdən açıqlama
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Rusiyada günlük yoluxma sayı artıb
Çexiyada rekord sayda yoluxma qeydə alındı
Azərbaycanda məktəblər bu tarixdən AÇILA BİLƏR
Ərəb ölkələrində koronavirusa yoluxma halları artır
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Dünyada koronavirusa yoluxanların sayı 2 milyonu ötdü
Rusiya koronavirusa yoluxma sayına görə ilk “beş”liyə daxil oldu
Gürcüstanda daha 44 nəfər koronavirusa yoluxub
İranda daha 422 nəfər virusdan öldü
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı, 12 nəfər öldü
Gürcüstanda son sutkada koronavirusdan 45 nəfər ölüb
Ermənistanda COVID-19-a yoluxanların sayı 44 953-ə çatıb
Azərbaycanda virusa görə iş saatı azaldılır? – “Yoluxma mənbəyi avtobuslardır”
Dünyada koronavirusa yoluxanların sayı 25 milyonu ötdü
Koronavirusa yoluxanların sayı kəskin artdı - GÜNÜN STATİSTİKASI