Peyvənd bu tarixdə hazır olacaq - mütəxəssislər açıqladı
16-04-2020, 09:30
173

Peyvənd bu tarixdə hazır olacaq - mütəxəssislər açıqladı

Çin və ABŞ-da Kovid-19 virusuna qarşı 3 peyvəndin kliniki sınaqları aparılır.
Çinin Hərbi Tibb Akademiyası tərəfindən Uhan Universitetinin Zonqnan Xəstəxanasında yeni tip koronavirusa qarşı hazırlanan peyvəndin sınağının ikinci mərhələsi aparılır.
ABŞ-da isə "Moderna” və "Inovio” dərman şirkətlərinin hazırladığı "mRNA-1273" və "INO-4800" adlı peyvənd nümunələrinin birinci mərhələdə sınağı keçirilir.
ABŞ Milli Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Entoni Fausi peyvəndin etibarlılığını sınaqdan keçirmək məqsədilə aparılan ilk mərhələdə indiyə qədər maneə ilə qarşılaşmadıqlarını bildirib. Peyvəndin daha genişmiqyaslı kliniki sınaqlarının isə iyunun əvvəlində aparılacağını deyib.
Bundan başqa, Çinin Uhan Bioloji Məhsullar İnstitutu ilə "Sinovac” Araşdırma və Təkmilləşdirmə Şirkətinin hazırladığı iki potensial peyvəndin kliniki sınaqlarına icazə verilib.
Professor Fausi peyvəndlə bağlı görülən işlərin pandemiyanın yayılmasının qarşısını ala biləcək qədər tez bir tarixdə nəticələnməsini gözləmədiklərini bildirib. Onun sözlərinə görə, peyvənd yay və ya payız aylarında hazır ola bilər. Lakin onun iki və üçüncü kliniki sınaqları aparılmalıdır. Yalnız qış aylarında bu iş tamamlana və kütləvi şəkildə peyvəndləmə aparıla bilər.
Çinin bioloji dərman mütəxəssisi Vanq Cünci də peyvəndlə bağlı açıqlamasında hər nə qədər təcili olsa da, peyvəndlərin təhlükəsizliyi və effektivliyinə görə standartları endirə bilməyəcəklərini vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünya miqyasında koronavirusa qarşı 60-dan çox peyvənd üzərində işlər aparılır.

Oxşar xəbərlər

Yaponiya şirkətləri koronavirusa qarşı dörd peyvəndin preklinik sınaqlarını keçirirlər
Koronavirusla bağlı peyvənd bu tarixdən kütləvi tətbiq olunacaq
Rusiyada koronavirusa qarşı peyvəndin istehsalına başlanılıb
Koronaviris əleyhinə ilk peyvənd -“Sputnik V”nin Moskva sakinlərinə vurulmasına başlanılıb
Vaksin hazırdır - Rusiya RƏSMƏN AÇIQLADI
Çində koronavirus əleyhinə qəribə vaksin sınaqdan keçirilir
Rusiyanın virusa qarşı peyvəndi hamilə qadınlar üçün təhlükəlidirmi?
Vəzifəli şəxsin üzərində koronavirusa qarşı peyvənd sınağı keçirildi
TƏBİB: Peyvənd istehsal edən ölkələr və təşkilatlarla ikitərəfli danışıqlar aparılır
Moskva sakinlərinin koronavirus əleyhinə peyvənd edilməsinə başlanılıb
Koronavirus vaksini noyabrda istifadəyə verilə bilər
ABŞ koronavirusa qarşı mübarizədə SSRİ təcrübəsinə müraciət edir
Böyük Britaniyada koronavirus vaksininin sınaqları başlayıb
Rusiyadan peyvənd alan ilk bu ölkə olacaq
Koronavirusa qarşı peyvəndlər əhaliyə hansı qaydada paylanacaq? - ÜST AÇIQLADI
Bu bitki koronavirusdan qoruyur - Foto
ÜST: Planetin 70 faiz əhalisi peyvənd olunmalıdır
TƏBİB “Semaşko”yla bağlı açıqlama yaydı
Rusiyada vaksinasiya hərbi yolla aparıla bilər
Koronavirusa qalib gəlmiş şəhərdə yeni yoluxma halları aşkarlandı
Azərbayan Rusiyanın vaksinini alsınmı?
Oqtay Şirəliyevdən yeni QƏRAR
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
“Semaşko” bağlandı: Yalnız koronaviruslu xəstələr qəbul ediləcək
“Semaşko”da yoxlamalar aparılır? - Baş Prokrorluqdan açıqlama
Türkiyə üçün tarixi gün: koronavirus peyvəndi vurulacaq
"Semaşko"da xəstələri pulsuz müalicə edirik” deyən həkimə cinayət işi AÇILDI
Türkiyədə COVID-19  virusuna qarşı  peyvənd uğurla sınaqdan keçib
Azər Maqsudov: “Bakıda iki nəfəri ilan sancıb”
Dünyada COVID-19 peyvəndlərinin bölgüsü müddətləri açıqlandı