Sarkisyanın kürəkəni Paşinyana qarşı: “Həmişə yalan danışıb”
1-12-2020, 14:25
68

Sarkisyanın kürəkəni Paşinyana qarşı: “Həmişə yalan danışıb”

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın kürəkəni, keçmiş səfir Miakel Minasyan Baş nazir Nikol Paşinyan barədə ifşaedici faktları ictimailəşdirməkdə davam edir. 
Gündəlik Bakı erməni KİV-inə istinadən xəbər verir ki, Minasyan Nikol Paşinyanın Qarabağla bağlı bütün yalanlarının üstünü açacağını deyib və yeni faktlar təqdim edib.
Minasyanın sözlərinə görə, Paşinyan oktyabr ayında Qarabağla bağlı ona təklif olunan həll varinatını rədd edib. Həmin varinatda əsirlər və ölənlər barəsində xüsusi bənd olub. Həmin bənddə göstərilirdi ki, atəşkəsdən dərhal sonra əsirlərin və cəsədlərin qaytarılmasına başlanılsın. Amma bu bənd Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında imzalanmış üçtəfərli sazişdən çıxarılıb.
O əlavə edib ki, ilkin sənəddə 7 yox, 5 rayonun qaytarılması təklif edilib. Naxçıvana yeni yol çəkilməsi barədə isə heç bir qeyd olmayıb.
Minasyan sənədin ilkin varinatını təqdim edib. Həmin sənəddə erməni silahlı qüvvələrinin Ağdam və Şuşadan çıxması göstərilsə də, Laçın və Kəlbəcər haqqında heç nə deyilmir. Keçmiş səfirin paylaşdığı sənədin saxta olub-olmadığı bəlli deyil.
“Nikol yalan danışır və həmişə yalan danışıb” deyən Minasyan bildirib ki, Ermənistan və “DQR”in hərbi-siyasi rəhbərliyi ölənlər, əsirlər və itkin düşənlər barədə dəqiq məlumata malikdirlər. Real vəziyyət barədə onları Milli Təhlükəszilik Xidməti məlumatlandırıb. Lakin onlar verilən məlumatları ictimailəşdirmək qorxurlar.
Minasyanın sözlərinə görə, Nikol Paşinyanın Qarabağla bağlı açıqlamaları spekulyasiyadan başqa bir şey deyil. “Vyana və Sank-Peterburqdakı razılaşmalar, geopolotik şərtlər də daxil olmaqla bir çox əhəmiyyətli məqamlar məqsədli şəkildə gözardı edilib”, - deyə o vurğulayıb.

Oxşar xəbərlər

Sarkisyanın kürəkəni Paşinyanı təhqir etdi: “Sən və sürün lənətə gələsiniz, Nikol”
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifədən qovuldu
Razılaşmanın bəndlərinin dəyişdirilməsi mümkün deyil - Paşinyan
Boş dəbilqələr: Düşmənin etiraf etmədiyi itkilərinin görüntüləri - FOTO
5 gün əvvəl Nikola 4750 əsgərin öldüyü bildirilib - Minasyan
Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”
Putin Paşinyanı niyə rədd etdi? – Sarkisyanın Moskva səfərinin pərdəarxası
Paşinyan məğlubiyyətini ordusunun istəyinə bağladı
Paşinyan ABŞ səfirliyində gizlənib
“Nikolun satqın və vələddüzina olması artıq faktdır” – Səfirdən şok ittiham
Serj Sarkisyanın səhhəti pisləşdi
Paşinyan yenə sərsəmlədi: - Dağlıq Qarabağın müstəqilliyindən danışdı
Ermənistan vəziyyətdən bu cür çıxmaq istəyir – 12 bənd
Ermənistan müxalifətindən prezidentə xəbərdarlıq
Erməni vəkillər də Paşinyana qarşı çıxırlar
Paşinyan İsraildən üzr istədi
“Paşinyan əclafdır, həbs olunmalıdır” - Erməni şərhçi
“Xankəndini də itirəcəyik” - Sarkisyanın etirafı üzə çıxdı
Paşinyan Şuşayla bağlı bu detalları ilk dəfə xalqa ETİRAF ETDİ
“Zod qızıl yatağının yarısı Azərbaycan ərazisinə düşür” - Paşinyan
Peskovdan Paşinyanın Putinlə bağlı açıqlamasına Reaksiya
Təslim olduğumuzu mətbuatdan öyrəndim - Ermənistan prezidenti
Yerevanla Moskva arasında yeni Qarabağ müzakirəsi - Paşinyan bir saatda iki dəfə Putinə zəng edib
Paşinyan arvadını müdafiə etdi: “O da hardasa gizlənməli idi”
İlham Əliyev üçtərəfli bəyanatın detallarını açıqladı - İLK DƏFƏ
Paşinyan daha bir vəzifəli şəxsi işindən azad edib
Paşinyan bu dəfə Putinə məktub yazdı
“Paşinyan dərhal getməlidir, məğlub lider danışıqlar apara bilməz” - Melkumyan
Bu gün Ermənistanda Paşinyanın istefa tələbi ilə yürüş keçiriləcək
“Paşinyan sürətlə gücünü itirir, onu öldürəcəklər...” - Rusiyalı politoloq