“Paşinyanın xəstə özünəvurğunluğu...” - Baş nazirə yeni ittihamlar
2-12-2020, 09:40
36

“Paşinyanın xəstə özünəvurğunluğu...” - Baş nazirə yeni ittihamlar

Ermənistan siyasi elitasında didişmə davam edir. Qarabağ müharibəsindəki darmadağının günahını bir-birinin üzərinə atan siyasi qüvvələr açıq təhqir və şantajdan belə çəkinmirlər.
Erməni mətbuatında Ermənistanın və qondarma rejimin sabiq rəhbərlərinin Paşinyanın ünvanına səsləndirdikləri ittihamlar yer alıb. Onlar baş naziri əsas etibarilə müharibəni vaxtında dayandırmamaqda, daha az itkilərlə kapitulyasiyanın mümkünlüyünü anlamamaqda və onların məsləhətlərinə qulaq asmamaqda ittiham edirlər.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın mətbuat katibi Arman Munisyan öz “şef”inin mövqeyindən çıxış edərək bildirib ki, Paşinyan hələ oktyabrın ortalarında qondarma rejimin və Ermənistanın sabiq prezidentlərinin dərhal atəşkəsə nail olunması tələblərinə məhəl qoymayıb: “Təəssüf ki, Paşinyanın xəstə özünəvurğunluğu onun bu addımın vacibliyini dərk etməsinə imkan vermədi.”
Qeyd olunur ki, qondarma rejimin başçısı Araik Arutunyan hələ oktyabrın 19-da atəşkəs elan olunması və danışıqlara başlanması xahişinin əks olunduğu rəsmi müraciətlə çıxış etmək fikrində olub və bunu Paşinyana bildirib. Yəni, kapitulyasiya elan olunmasını istəyib. Özü də bu addımı qondarma rejimin əvvəlki rəhbərləri və Ermənistanın sabiq prezidentləri Ter-Petrosyan, Köçəryan və Sarqsyanla razılaşdırdıqdan sonra atıb. Lakin Paşinyan həmin müraciətin elan olunmasına imkan verməyib. Həmin vaxt baş nazir bildirib ki, Azərbaycan rəhbərliyinin sərt mövqeyi bu müraciəti mənasız edir.
Sonradan bu məsələyə toxunan Paşinyan həmin vaxt, yəni oktyabrın 19-da məsələ ilə bağlı Vladimir Putinlə danışdığını, müharibəni dayandırmağa razı olduğunu bildirib. Rusiya prezidenti isə ona cavabında İlham Əliyevlə danışacağına söz verdiyini deyib: “Lakin sabahısı gün Bako Saakyan və Arkadi Qukasyan(qondarma qurumun sabiq rəhbərləri-red.) sabiq prezidentlərin adından mənə dedilər ki, Qarabağın statusu məsələsi həll edilmədən, hər hansı razılaşmaya getmək olmaz”.
Bununla da Paşinyan müharibəni vaxtında dayandırıb, daha az itki verilməsi şansını əldən qaçırdığına görə ona yönələn ittihamlardan yayınmağa çalışıb. Lakin sabiq prezidentlər onu yalan danışmaqda ittiham edirlər. 
Levon Ter-Petrosyanın sözçüsü bildirib ki, onlar həmin vaxt hətta Paşinyanı təslimçilik razılaşmasını imzaladığına görə rəsmən müdafiə etməyə hazır olublar. Ancaq o, bu təkliflərdən imtina edib.
Bir sözlə, Ermənistanda bu gün müzakirə olunan əsas mövzu “niyə vaxtında az itkilərlə təslim olmadıq” sualı üzərində qurulub. Paşinyan buna görə günahı qondarma rejimin rəhbərlərinin və sabiq prezidentlərin üzərinə atır, onlarsa baş naziri günahlandırırlar. /Azpolitika

Oxşar xəbərlər

Qondarma rejimin müdafiə naziri vuruldu, vəzifəsindən azad edildi
“Bunu qəbul edin və istefaya gedin!”
“Paşinyan artıq siyasi meyitdir“ - Politoloq
Separatçıların qondarma hökuməti İrəvana köçürüldü
Paşinyanın istefası tələb olunur: xəyanət edib
Qondarma rejimin müdafiə naziri belə vuruldu – Video
Separatçı rejimin “hökuməti” dağıldı
Hikmət Hacıyev: "Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb"
Şuşadan 150 erməni əsgərin cəsədi çıxarılıb
Putin Paşinyanı niyə rədd etdi? – Sarkisyanın Moskva səfərinin pərdəarxası
Paşinyanın ailəsi Kanadaya qaçdı
Qarabağda erməni polkovnik məhv edildi
Paşinyanın “sağ əli” məhv edildi - FOTO
Paşinyan Şuşayla bağlı bu detalları ilk dəfə xalqa ETİRAF ETDİ
"Ermənistanla heç bir danışıq olmayacaq" - deputat
“Putin daha böyük bir məqsədinə çatdı” – Petrosyanın müşaviri
Sarkisyanın kürəkəni Paşinyanı təhqir etdi: “Sən və sürün lənətə gələsiniz, Nikol”
Mnatsakanyanın gedişində əsas səbəb - Qarabağ faktoru
“Ermənistan ərazisində hərbi hədəfimiz olmayıb” - Prezident
Araiklərin dağılan “idarəsi” - Qarabağ quldurlardan, kukla “hökumət”dən təmizlənir
Ermənistanın keçmiş polis rəisi Paşinyana “alçaq” dedi
Paşinyanı niyə istefaya göndərə bilmirlər? - Yeganə çıxış yolu...
Paşinyanın partiyası dağılır: Açıqlaması istefalara səbəb oldu
Paşinyan kömək istədi, Rusiya "yox" dedi
Separatçı rejimin Şuşada “andiçmə mərasimi” keçirdiyi bina darmadağın edildi - Foto
Nikol Paşinyan bitib…
Paşinyan bunkerdə gizlənir, ailəsi isə...
Ermənilər qan ağlayır, Aşot isə gülür - Paşinyan ailəsinin yalanı
Qarabağda “Lənkəranı tutmaq” haqda danışılır - Xankəndində nə baş verir?
Qarabağda mülki erməni qalmayıb: Erməni nazirdən pensiya açıqlaması