Əfsanəvi qapıçı Canluici Buffon futbol tarixinin ən yaxşı qapıçısı olduğunu düşünmür.
Xarici media bildirir ki, o, özü ən yaxşı qapıçının adını açıqlayıb:
“Bütün zamanların ən yaxşı qapıçısı olduğumu düşünən insanlara təşəkkür edirəm, amma elə deyiləm. Uzunmüddətli fəaliyyətim üçün belə düşünürlər. Amma mənim üçün bütün zamanların ən yaxşı qapıçısı İspaniyadandır - İker Kasilyas. Avropanın ən böyük klubunda oynayıb və həm klubda, həm də milli komandada bütün nailiyyətləri əldə edib”.
Avqustun 2-də Buffon futboldan getdiyini elan etdi. Canluici Parma Akademiyasının məzunudur. O, 1995-ci ildən 2001-ci ilə kimi bu klubda oynayıb, sonra PSJ-yə getməzdən əvvəl 17 il orada keçirdiyi "Yuventus"a keçib.
İki illik fransız karyerasından sonra Buffon əvvəlcə “Yuventus”a qayıtdı, oradan isə 2021-ci ildə Parmaya keçdi.
Turin klubunun tərkibində qapıçı 10 dəfə İtaliya çempionu olub, 5 dəfə ölkə kubokunu, 6 dəfə isə Superkubokunu qazanıb. 2006-cı ildə Canluici Buffon İtaliya millisi ilə dünya çempionatının qalibi olub.