Qazaxıstan Hərbi-Hava Qüvvələrinə aid MiQ-31 təyyarəsi Karaqanda aeroportu yaxınlığında qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, uçuş zamanı təyyarənin mühərriklərindən birində yanğın baş verib. Bundan sonra, təlimata uyğun olaraq pilotlar katapult edərək sağ qalmağı bacarıblar.