İtaliyada koronavirus yayıldığı gündən etibarən ən yüksək ölüm hadisəsi son sutka ərzində qeydə alınıb. Belə ki, 993 nəfər COVID-19 səbəbilə həyatını itirib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, bu günədək İtaliyada 58 038 insan koronavirusdan ölüb. 
Yoluxma sayı isə 23 225 nəfər artaraq 1 664 829-a çatıb. İndiyədək ölkədə 846 809 koronaviruslu xəstə sağalıb. Hazırda 759 982 aktiv virus daşıyıcısı var.