Lukaşenko məktəblərdə tədris prosesinin bərpa olunmasını təklif edib
18-04-2020, 08:30
195

Lukaşenko məktəblərdə tədris prosesinin bərpa olunmasını təklif edib

Belarus Prezidenti Aleksandr Lukaşenko gələn həftədən məktəblərdə tədris prosesinə başlamaq lazım olduğunu bildirib.
A. Lukaşenko bu fikri aprelin 17-də Qrodno vilayətinin Lidski rayonuna işçi səfəri zamanı səsləndirib.
Dövlət başçısı deyib: "İnsanların təhsili məsələsinə diqqəti artırmaq, məktəblərdə oxumağa başlamaq lazımdır. Amma yavaş-yavaş, sakitcə. Kənddə problem yoxdur (anlamaq lazımdır ki, biz uşaqları yedirtməliyik, amma indi əkin vaxtıdır, bəs uşaqları hara qoyaq). Orada problem yoxdur. Kəskin respirator virus infeksiyası artıq bitib”.
"Buna görə əgər kimsə harada isə məşğul ola bilərsə, qoy məşğul olsun. Şəhərdə təxminən Pasxadan bir həftə sonra sonuna uşaqları tədris prosesinə cəlb etmək olar. Oxumağa tədricən başlamaq lazımdır... Amma bu prosesi başlamaq lazımdır”. Belarus lideri belə hesab edir.
Belarusda məktəb tətilləri iki dəfə uzadılıb - hər dəfə bir həftə. Təhsil naziri İqor Karpenko şagirdlərin valideynlərinin fikirlərini və müraciətlərini təhlil edərək aprelin əvvəlində vəziyyət haqqında dövlət başçısına məlumat verdi. Bundan sonra yaz tətilini aprelin 6-dan 11-dək uzatmaq barədə qərar qəbul edildi. Sonra yaz tətili daha bir həftəyə uzadıldı.
Dərs ilinin dördüncü rübündə tədris prosesi aprelin 20-dən mayın 30-dək həyata keçiriləcək. Təhsil Nazirliyi dəstəkləyici və stimullaşdırıcı məşğələlər hesabına hər fənn üzrə tədris proqramlarına və tematik təqvim planlarına düzəliş etməli idi.

Oxşar xəbərlər

Lukaşenko bu səbəbə görə müəllimləri işdən çıxarır
Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
Lukaşenko Polşanın Belarusun Qrodno vilayətini ilhaq etmək istədiyini bəyan edib
Bakıda 4 məktəb direktoru vəzifəsindən azad edilib
Lukaşenko: “Təkrar seçkilər keçirilməyəcək”
Ağdaş Təhsil Şöbəsində dövlət büdcəsi talanır - İTTİHAM
“Virtual məktəb” layihəsi tədris bərpa olunduqdan sonra da davam etdiriləcək - Təhsil Nazirliyi
"Yayın istisində şagird və tələbələri siniflərə, auditoriyalara yığmaq düzgün deyil"
Lukaşenko: “Mən sağam və xaricə getməmişəm”
Lukaşenko ilə Putin arasındakı telefon danışığının təfərrüatı məlum olub - Yenilənib
Məktəblər sentyabrda açıla bilər - Bu qaydada - Video
Lukaşenko Qərbi Belarusdakı aksiyaları maliyyələşdirməkdə ittiham edib
Lukaşenko Belarusdakı vəziyyəti Putinlə müzakirə etmək niyyətindədir
Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir
İranda orta məktəblərdə dərslər bərpa edilir
Belarusda hökumət istefa verdi
Avropa İttifaqı “qara siyahı” hazırlayır - Belarusa sanksiyalar tətbiq olunacaq
Lukaşenko təcili Təhlükəsizlik Şurasının iclasını çağırdı
Dünyada koronavirus peyvəndlənməsinin başlayacağı tarix açıqlandı
Yeni tədris ilində 47 məktəb binası istifadəyə veriləcək
Lukaşenko koronavirusa meydan oxumaqda davam edir - Hamını Qələbə paradına dəvət etdi
Yeni tədris ilində dərslər necə keçiriləcək? - İki ssenari var
Lukaşenkoya ultimatum - “Ya yeni seçkilər, ya da sanksiya!"
“"Belarusa rəhbərlik etməyə hazıram” - Tixanovskaya əhaliyə müraciət etdi
Məktəb vacibdir, uşaq kollektivdə olmalıdır - AKTUAL
Fransa prezidenti Lukaşenko əlehinə aksiyaları dəstəklədi
Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən açıqlama
Rusiyadan peyvənd alan ilk bu ölkə olacaq
“Şagirdlər karantindən sonra mütləq xüsusi imtahana cəlb edilməlidir”
Minskdə 100 minlərlə insan etiraza qalxdı- Lukaşenko Putinə zəng vurdu + Video